Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

“Rusiyalı tələbələr aksiyalara qoşulublar”


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb --“Krisçen Sayns Monitor”



Kreml ənənəvi güzəştlərin ləğvinə qarşı təqaüdçülərin üsyanına tələbələr, milis əməkdaşları və hətta hərbçilərin qoşulmasının qarşısını almaq üçün bazar islahatlarını dayandarıb.



Bir sıra şəhərlərdə gənclər etiraz aksiyaları keçirdikdən sonra Rusiya müdafiə naziri Serqey İvanov tələbələrin məcburi orduya çağrılması planlarını bu ilin sonudadək təxirə salmağa söz verib.



Mütəxəssislərin fikrincə, əgər təqaüdçülərin narazılığı bu vaxtadək siyasətlə maraqlanmayan tələbələr və əhalinin digər sosial təbəqələrinə də yayılarsa, bu, ölkədə çətin əldə olunan sabitlik və iqtisadi inkişafa təhlükə törədə bilər.



Hətta Sovet dövründə tələbələr ya ordudan möhlət hüququ alır, ya da ali məktəblərdə hərbi hazırlıq keçirdilər. Amma ölkədə əsgər yaşına çatmış kişilərin çatışmazlığı, üstəgəl ordudan yayınma hallarının artması generalları çağırışdan möhlət hüququnun ləğvinə vadar edib.



--“Tayms”



Rusiya hökuməti milis əməkdaşlarının etiraz nümayişlərində iştirakının qabağını almaq üçün onların maaşını 50 faiz artırmağa hazırlaşır.



Bundan iki gün əvvəl prezident Vladimir Putin hərbi qulluqçuların da məvacibinin 20 faiz artırılmasına dair sərəncam verib.



Kommunist partiyasından olan deputat Viktor İlyuxin deyir ki, “təkcə məvacibin artırılması hərbçiləri xilas etməyəcək”. Onun sözlərinə görə, “təkcə yanvar ayında 20 mindən çox hərbçi istefa ərizəsi verib”.



Putin habelə aprelin 1-dən tələbə təqaüdlərini 100 rubl artıracağını, sentyabrın 1-də isə daha 100 rubl əlavə edəcəyini bildirib.



--“Faynenşl Tayms”



Rusiya Baş Prokurorluğu Rusiya Müdafiə Nazirliyinin rəsmilərinə rüşvət verməkdə günahlandırılan Ukraynanın yeni baş naziri Yuliya Timoşenko barəsindəki cinayət işinə xitam verilməyəcəyini bildirib.



Ukrayna Ali Radasının deputatı Aleksandr Turçinov deyir ki, “Rusiya prokurorluğu Timoşenkonun baş nazir vəzifəsinə təsdiqlənməsini pozmaq niyyəti güdür”.



Onun sözlərinə görə, “Timoşenkoya qarşı saxta işi bərpa etmək cəhdi Ukrayna hökumətinə təzyiq kimi qiymətləndiriləcək”.



Timoşenkonun namizədliyinin təsdiqlənməsi Viktor Yuşenkoya yeni kabinet formalaşdırmağa imkan verəcək. Amma onun namizədliyi Yuşenko düşərgəsində parçalanma yaradıb.



Yuşenkonun “Bizim Ukrayna” blokuna daxil olan “Solidarnost” partiyası çərşənbə günü Timoşenkonu müdafiə etməyəcəyini bildirib. “Solidarnost”un lideri Pyotr Poroşenko baş nazir postuna Timoşenkonun əsas rəqibidir.



--“İndependent”



Avropanın bir sıra ölkələrində “Osvensim” faşist düşərgəsinin azad edilməsinin 60 illiyi ilə bağlı tədbirlər keçirilir.



Nasist düşərgələrində yalnız yəhudiləri məhv etmirdilər. Orada on minlərlə polyak, rus, qaraçı, homoseksualist və başqa kateqoriyadan olan insanlar da tələf olub. Amma ən çox ölən yəhudilər olub—müxtəlif hesablamalara görə, bir milyondan altı milyonadək.



Amma Holokost faciəsi keçən əsrdə törədilən və kütləvi qətliamlarla müşayiət olunan yeganə genosid olmayıb. Ona görə də, “Osvensim”in azad olunmasının 60 illiyi bir bu yox, tarixin bütün qanlı epizodlarını xatırlamaq üçün əsas olmalıdır.



Elə əsrin sonunda, 10 il əvvəl Ruanda bütöv bir xalqı qırmağın mümkünlüyünü sübut edib və dünya buna mane olmayıb.
XS
SM
MD
LG