Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Məhbuslar amnistiya istəyirlər


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır 6 saylı müəssisədə cəza çəkən bir qrup məhbus Milli Məclisin deputatlarına müraciət ediblər.



Məhbuslar amnistiya qərarı çıxarılmasını xahiş edirlər. Bu gün həmin cəzaçəkmə yerində olmuş hüquq müdafiəçisi Murad Sadəddinovun fikrincə, 2 ildir amnistiya verilmədiyindən, bu qərarın çıxarılması zəruridir.



Millət vəkili Əliməmməd Nuriyev də geniş amnistiya verilməsinə ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, qərar olsa, daha çox məhbus azadlığa çıxa bilər.



Amnistiya haqqında sonuncu qərarı Azərbaycan parlamenti 2002-ci ildə çıxarıb.



Hüquq müdafiəçiləri 6 və 15 saylı cəzaçəkmə yerlərində monitorinq də aparıblar. Məhbusların saxlanma şəraitiylə tanış olublar. Murad Sadəddinovun sözlərinə görə, ümumi vəziyyət qənaətbəxşdir, ancaq problemlər də var.



Hüquq müdafiəçiləri bundan əvvəl də bir neçə cəzaçəkmə yerlərində olmuşdular. 14 saylı müəssisədə qanun pozuntuları aşkar etmişdilər. 5 saylı müəssisədə isə cərimə təcridxanası standartlara cavab vermədiyindən, onların tələbiylə yenidən tikilmişdi.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən isə bildirdilər ki, hüquq müdafiəçiləri ilə əməkdaşlığı davam etdirəcəklər və yaranmış problemlərin birgə aradan qaldırılmasına çalışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG