Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Mediada Müxtəliflik İnstitutu Cənubi Qafqaz respublikalarında monitorinq aparacaq


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır Konfliktlərin həlli və azlıqların haqları üzrə işləyən qrup Azərbaycan, Ermənistan və Gürcüstanda yayım mediasının monitorinqini aparacaq.



Fevral ayında Londonda yerləşən Mediada Müxtəliflik İnstitutu bu üç Qafqaz ölkəsində medianın müxtəlifliyi necə əks etdirməsini öyrənəcək.



Müxtəliflik deyəndə qaçqınlar, əlillər, dini, cinsi və etnik azlıqlar mövzularının necə işıqlandırılması nəzərdə tutulur. Sonda Mediada Müxtəliflik İnstitutu regional müqayisənin nəticələrini təqdim edəcək.



Bundan başqa, Mediada Müxtəliflik İnstitutu region jurnalistlərinin qrup şəklində reportaj vermək təcrübəsini yoxlayacaq.



İnstitutun Azərbaycan üzrə nümayəndəsi Elşad Fərzəliyev deyir ki, məsələn, gürcü və azərbaycanlı jurnalistlər Azərbaycanda yaşayan gürcülər və Gürcüstandakı azərbaycanlılar barədə material hazırlayacaq. Elşad Fərzəliyev layihənin əhəmiyyətini cəmiyyətdə dözümlülüyün artırılmasıyla izah edir.



Fevral ayında Mediada Müxtəliflik İnstitutu erməni, gürcü və Azərbaycan dillərində kitabça da buraxacaq. Bu kitabçada etnik mənsubiyyət, dini, cinsi azlıqlar, əlillər, yaşlılar, qaçqınlar, siyasi dissidentlər barədə ayrıca bölmələr olacaq. Kitabçada həmçinin Qafqaz, Qərbi Avropa və Birləşmiş Ştatlar mediasından götürülmüş ayrı-ayrı məqalələrin təhlili veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG