Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

Qırğızıstanda müxalifət xalqı kütləvi etiraza çağırıb


Müxalifət partiyaları xalqı bütün ölkə boyu etiraz aksiyalarına çağırıb. Müxalifət ölkədə getdikcə ağırlaşan iqtisadi vəziyyətə və hökumətin repressiyalarına etiraz edirlər.

Martın 16-da bu çağırışa altı müxalifət təşkilatı qoşulub. Onlar martın 27-də paytaxt Bişkəkdə mitinq keçirəcəklərini bildiriblər.

Hökumət mitinqə icazə verib, amma bildirib ki, polis hər hansı zorakılığa və qanunsuz hərəkətlərə imkan verməyəcək.

2005-ci ildə kütləvi etiraz aksiyaları hakimiyyət dəyişməsi ilə nəticələnmişdi. Amma o vaxtdan ölkə iqtisadi çətinlik və siyasi qeyri-sabitlikdən xilas ola bilmir.
XS
SM
MD
LG