Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:08

Təbriz Ekspresdə bu həfte:<br>- Cəmil Həsənli İran azərbaycanlıları arasında milli mənlik hissi haqqında


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır AXCP-dən olan millət vəkili, Cəmil Həsənli deyir ki, bütövlükdə bu məruzədə Ermənistanın Azərbaycana təcavüzünün öz əksini tapması müsbət haldır. Çünki, indiyə qədər Azərbaycan beynəlxalq təşkilatlardan işğalçı ilə işğala məruz qalana eyni yanaşmamağı umurdu. İndi heç olmasa irəliyə doğru bir addım atıldı və Avropa Şurası kimi möhtəşəm bir qurumda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı tanındı. Cəmil Həsənli belə deyir. Ancaq onu da əlavə edir ki, «sənəddə vəziyyətdən çıxış yolu göstərilmir. 1989-cu ildə Ermənistan Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. Bu qərardan hələ də imtina edilməyib».

Millət vəkilinin fikrincə, belə bir vəziyyətdə Azərbaycana Qarabağın erməni icması ilə məsələni müzakirə eləməyin tövsiyyə olunması düzgün deyil. Onun sözlərinə görə, «sənəddə Azərbaycanın öz torpaqlarını silah gücünə azad etməyə qalxarsa, AŞ üzvlüyündən çıxırılacağının vurğulanması da düzgün deyil. İşğalçının AŞ-dan çıxarılmasının şərt kimi qoyulması əvəzinə işğala məruz qalan belə münasibət məncə ədalətsizlikdir».

AXCP-dən olan millət vəkili, Cəmil Həsənli belə deyir.

Ədalət partiyasının lideri, prezidentliyə keçmiş namizəd İlyas İsmayılov isə deyir ki, Dağlıq Qarabağda olan hadisələrə nəhayət ki, siyasi qiymətin verilməsi və oradakı qurumun separatçı adlandırılması çox böyük uğurdu. Ancaq sənəddə Azərbaycanın separatçılarla əlaqələr qurmasının tövsiyyə edilməsi təəccüb doğurur. Çünki beynəlxalq hüquqa görə separatizm heç kim tərəfindən müdafiə olunmamalıdır, əksinə onun əleyhinə gedilməlidir: «əgər çalışıb beynəlxalq hüququ tətbiq eləyirlərsə biz onu alqışlayırıq. Əgər eləmirlərsə Azərbaycan öz torpaqlarını heç kimə verəsi deyil. Bundan ötrü lazım gələrsə AŞ-dan da çıxmaq olar».

İlyas İsmayılov əlavə edir ki, əlbəttə beynalxalq hüququn prinsiplərinə görə dövlətlərarası münasibətlər sülh yolu ilə həll olunmalıdır. Ancaq separatçılığa qarşı dünyanın hər yerində açıq mübarizə gedir və bu mübarizəni heç kim pisləməməlidir.

Ədalət partiyasının sədri ümumiyyətlə separatçılarla danışığın təklif edilməsini və bu danışıqdan hasısa müsbət nəticənin gözlənilməsini anlamadığını bildirir.

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov isə deyir ki, əgər hər hansı bir beynəlxalq qurum Dağlıq Qarabağ problemi ilə bağlı sadəcə qətnamə çıxarırsa, bunun heç bir əhəmiyyəti olmur. Cənab Mütəllibov bir vaxtlar BMT-nin də belə qətnamələr qəbul etdiyini və onların yalnız kağız üzərində qaldığını deyir.

Onun fikrincə, «əgər AŞ Azərbaycanın torpaqlarını hərbi yolla azad edəcəyi təqdirdə onu üzvlükdən çıxaracağını deyirsə, deməli, Azərbaycana öz istədiyini diktə eləyir. Halbuki, beynəlxalq qanunlara görə hər bir dövlətin öz torpağını təcavüzkardan azad etmək hüququ var və buna məhdudiyyət qoymaq olmaz. Onsuzda hamı bilir ki, Azəbaycanın torpaqları işğal edilib. Əgər AŞ o qətnamənin həyata keçirilməsini təmin etməsə, bu mənasız kağızdan başqa heç nə olmayacaq».

Ayaz Mütəllibova görə, Ermənistanın təcavüzkar olduğunu deyən təşkilit bunun həlli mexanizmini də ortaya qoymalıdır və onun yerinə yetirilməsinə nəzarət etməlidir.
XS
SM
MD
LG