Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Müsavat partiyası Ukrayna inqilabının təcrübəsindən yararlanmaq fikrindədir


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır «Ukraynadakı demokratik qüvvələr Azərbaycandakı demokratik proseslərə hər cür texnoloji yardım göstərməyə hazırdır. Biz Ukrayna inqilabının təcrübəsindən yararlanmaq fikrindəyik».



Bunu Müsavat partiyasının başqanı İsa Qəmbər Ukrayna səfərinin yekunlarıyla bağlı keçirdiyi bugünkü mətbuat konfransında bildirib.



Müsavat başqanı deyir ki, o, Ukraynadakı seçkilərdə fəal iştirak etmiş strukturlar, «Bizim Ukrayna» blokuna daxil olan partiyalar, o cümlədən vətəndaş kampaniyası olan «Pora» təşkilatının rəhbəriylə keçirdiyi görüşlərdə seçkilərdə hansı texnologiyalardan istifadə etmək haqda müzakirələr aparıb.



İsa Qəmbər onu da bildirdi ki, Azərbaycanda demokratik seçki keçirilmədiyindən Azərbaycan—Ukrayna münasibətləri lazımi səviyyədə qurulmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG