Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

“Ukrayna 2007-ci ilədək Avropa Birliyinə daxil olmağı hədəfləyir”


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır --“Faynenşl Tayms”



“Çərşənbə axşamı Ukrayna prezidenti ölkəsinin nə vaxt Avropa Birliyinin üzvü olacağını bəyan edib. Onun sözlərinə görə, bu, 2007-ildə olacaq”.



Avropa turnesinə çıxan Yuşenko Birliyin Ukraynaya indiki rəğbətini və marağını qoruyub saxlamaq niyyətindədir.



“Faynenşl Tayms” qəzetinə müsahibəsində Yuşenko deyib ki, “Ukraynanın nə vaxt Avropa Birliyinə üzv olacağı sualını Brüsseldə yox, Kiyevdə axtarmaq lazımdır”.



O, Avropa klubuna daxil olmaq istəyən Ukraynanı ağır sınaqlar gözlədiyini etiraf edib.



“Boş söhbətlər Avropa Birliyinin qapılarını bizə açmayacaq”—deyən Yuşenko əlavə edib ki, “bizə konkret işlər lazımdır”.



--“İndependent”



“Skinhed”lər Britaniyanın ixtirasıdır. Amma onların sayı, etdikləri zorakılığın və əcnəbilərə nifrətin miqyasına görə birincilik Rusiyaya məxsusdur.



Təkcə keçən il irqçilik zəminində törədilən basqınlarda 44 nəfər həlak olub. Bu da 2003-cü illə müqayisədə iki dəfə çoxdur. Əksər hallarda cinayətkarlar hərbi gödəkçələr geyinən və millətçi şüarlar səsləndirən gənclər olub.



Moskva İnsan Haqları Bürosunun hazırladığı hesabata görə, dünyada skinhedlər, başqa sözlə “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır.



“Bu gün Rusiyada ən azı 50 min skinhed fəaliyyət göstərir, qalan dünyada isə onların sayı təxminən 70 mindir”.



--“Tayms”



İraq hökuməti məhbuslara işgəncə verilməsi və siyasi opponetlərin həbsində günahlandırılır.



“Hyuman Rayts Votç” insan haqları təşkilatının dünən açıqladığı hesabat İraqın müvəqqəti baş naziri Əyyad Ələvini bazar günü keçiriləcək seçkilər ərəfəsində çətin vəziyyətdə qoyur: onun partiyası insan haqlarına hörmət etməyə söz verib.



Hesabatda deyilir ki, Ələvi hökuməti “fundamental insan haqlarının pozulmasında ya fəal iştirak edir, ya da onlarla əlbirdir”.



“Hyuman Rayts Votç”un Yaxın Şərq bölməsinin rəhbəri Sara Li Uitson deyir ki, “Səddam Hüseyni devirdikdən sonra İraq xalqına yaxşı həyat vəd olunurdu. Amma İraq xalqı məhbusları ələ salan hökumətlərin əlindən iztirab çəkməkdə davam edir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG