Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:51

Amerika administrasiyasındakı kadr dəyişiklikləri Azərbaycanla münasibətlərə necə təsir göstərəcək?


Səs: Real audio
Rusiya prokurorluğu Timoşankonun işinə xitam verəcək Söhbət elədiyim ekspertlər bu fikirdədir ki, Amerika hökumətindəki kadr dəyişiklikləri iki ölkənin münasibətlərinə elə də təsir etməyəcək. Bu arqumenti isə bir sıra amillərlə əlaqələndirirlər.

Politoloq Hikmət Hacızadə həmin münasibətlərin şəxsi əlaqələrə əsaslanması fikriylə razı deyil, onları daha çox diplomatik gedişlə, dövlət siyasətiylə izah edir.

Bəs onda Amerika-Azərbaycan münasibətlərinin uzun müddət dəyişməyəcəyini söyləmək olarmı? Hikmət Hacızadənin dediyinə görə, nə qədər ki, Amerika terrorla mübarizə aparıır və bu mübarizədə Azərbaycanın infrastrukturundan istifadə edir, münasibətlər olduğu kimi qalacaq. Ancaq Azərbaycanda güclü demokratik hərəkat meydana gələrsə, Amerika məcbur olub bu hərəkatı dəstəkləyəcək. Əks halda, hazırkı kurs davam edəcək.

Hikmət Hacızadənin fikrincə, Amerikanın diqqəti hazırda “şər oxu” diktatorlarındadır, onlarla mübarizə qurtarandan sonra fikir Amerikayönlü diktaturalara yönələcək. Azərbaycan prezidentinin Amerikaya dəvət olunmamasına gəlincə, Hikmət Hacızadə bu fikirdədir ki, Amerika hökuməti öz müxalifətindən, demokratik qüvvələrdən çəkinir, diktaturaya dəstək verməməsi görüntüsünü yaradır.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da düşünür ki, Amerika- Azərbaycan əlaqələri şəxsi münasibətlərə əsaslanmır. Amerikanın Cənubi Qafqazda geopolitik, siyasi və iqtisadi maraqları var, Azərbaycanla əlaqələr də bu maraqlar üzərində qurulur. Mübariz Qurbanlının fikrincə, Birləşmiş Ştatlar regionda sülhün, əmin-amanlığın, demokratiyanın inkişafında maraqlıdır. Azərbaycan da bu məsələlərdə Amerikayla əməkdaşlıq edir.

Mübariz Qurbanlı bildirir ki, Amerika hökumətində kadr dəyişiklikləri nəticəsində hakimiyyətə heç də tamamilə yeni adamlar gəlmir, məsələn, dövlət katibi Kondoliza Rays Ağ Ev siyasətini dərindən bilən bir siyasətçidir.

Mübariz Qurbanlının dediyinə görə, Amerika-Azərbaycan münasibətləri ilk növbədə geopolitik, sonra iqtisadi, daha sonra isə demokratik maraqlar üzərində qurulub. O ki qaldı prezident İlham Əliyevin Amerikaya dəvət olunmamasının həmin ölkənin Azərbaycana münasibətini nə dərəcədə əks etdirməsinə, Mübariz Qurbanlı bu cür yanaşmadan təəsüflənir. Onun fikrincə, dövlət başçısının hansısa ölkəyə dəvət olunmaması heç də həmin ölkənin münasibətinin göstəricisi deyil.

Mübariz Qurbanlı prezident İlham Əliyevin müxtəlif ölkələrə səfərləri zamanı Amerika rəsmiləri ilə keçirdiyi görüşləri, Amerika müdafiə naziri Donald Ramsfeldin Azərbaycana iki səfərini misal çəkir. Hakim partiyanın təmsilçisi Amerika-Azərbaycan münasibətlərinin daim inkişafda olduğunu vurğulayır.
XS
SM
MD
LG