Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

Gəncə Mətbuat Mərkəzinə partlayıcı qoyulması özünü doğrultmadı


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Yanvarın 24-də Gəncə Mətbuat Mərkəzinin İsmət Qayıbov 24 ünvanında yerələşən ofisində partlayıcı maddə olması barədə polis idarəsinə edilən anonim zəng öz təsdiqini tapmayıb.



Yanvarın 25-də hüquq-mühafizə orqanları hər ehtimala qarşı ofisdə ikinci dəfə axtarış aparıblar. Təhlükəsizlik tədbirləri görüləndən sonra mərkəz öz işini bərpa edib.



Yanvarın 24-də Nizami Rayon Polis İdarəsinə Gəncə Mətbuat Mərkəzində partlayıcı qurğu olmasıyla bağlı nəməlum zəng olub. Zəng edənin orta yaşlı kişi olduğu güman edilir.



Mərkəzin əməkdaşlarının dediyinə görə, bir gün əvvəl onlara da tanımadıqları bir nəfər zəng edib və ofisin yerləşdiyi mənzili almaq istədiyini, ancaq buna mərkəz rəhbərliyinin mane olduğunu söyləyək hədə-qorxu gəlib.



Mərkəzin əməkdaşı Məqsəd Rəhimov deyir ki, onlar naməlüm şəxsin hədəsinə ciddi yanaşmadıqlarından polisə xəbər verməyi lazım bilməyiblər.



Yanvarın 24-də isə mərkəzdə Media Klubun açılış mərasimi olmalıydı. Ananim xəbərdarlığa görə tədbir baş tutmayıb.



Hazırda Gəncə Şəhər Polis İdarəsində faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.



Mətbuat Mərkəzinin əməkdaşları isə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün ofisin mühafizəsinə əlavə qüvvələr cəlb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG