Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:35

Milyonçu–mesenatların varisləri babalarının əmlakının geri qaytarılmasını istəyirlər


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Yanvarın 27-28-də Apellyasiya Məhkəməsinin Azərbaycan milyonçu–mesenatlar Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və Murtuza Muxtarovun varislərinin iddiasına əsasən qarar çıxaracağı gözlənilir.



Bu barədə “Exo” qəzetinə Murtuza Muxtarovun yaxın qohumu, eyni zamanda iddia qaldıran varislərin vəkili Yusif Abdullayev məlumat verib.



Vəkilin sözlərinə görə, milyonçuların varisləri uzun müddətdir Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra babalarının müsadirə edilmiş əmlakının geri qaytarılmasına çalışırlar. Əgər məhkəmə varislərin iddiasını təmin edərsə, onda Bakının mərkəzində adı çəkilən milyonçuların tikdirdiyi bir çox binaların onların varislərinə qaytarılması məsələsi aktuallaşa bilər.



Varislər hesab edir ki, bununla həm də Sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi tarixi ədalətsizlik də öz qiymətini alar.



Söhbətləşdiyim şəhər sakinləri də bu məsələyə müsbət yanaşırlar. Amma bir şətlə ki, indi də həmin binalarda yaşayan vətəndaşlara qarşı ədalətsizlik olmasın.



Elə milyonçulardan birinin evində yaşayan Zərifə Məmmədova o fikirdədir ki, yaşadıqları evin əvəzinə yeni yer təklif etsələr, onlar həmin evin milyonçuların varislərinə qaytarılmasına razıdırlar.



Bakı şəhər sakini Rüfət Əliyev hesab edir ki, Azərbaycan milyonçularının müsadirə olunan əmlakının varislərinə qaytarılması sosial narazılıq yaradarsa, hökumət bunu başqa bir yolla həll edə bilər.



Vəkil Aslan İsmayılov da milyonçuların əmlakının müsadirəsini tarixi ədalətsizlik sayır. Amma hesab edir ki, həmin əmlakın bu gün onların varislərinə qaytarılması həm hüquqi, həm də maddi baxımdan mümkün deyil.
XS
SM
MD
LG