Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Avropa Birliyi ölkələri Lukavenko və məmurlarına viza verəcəklər


Belorus prezidenti də daxil olmaqla bu ölkənin yüksək rütbəli rəsmilərinin Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulan qadağa doqquz aylığa təxirə salınıb. Həmin müddətdə onlar birlik ölkələrinə sərbəst səfər edə biləcəklər.
Qadağanın doqquz aylığa təxirə salınması barədə qərarı martın 16-da Brüsselə toplaşan Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri qəbul ediblər.

Belorusda demokratiya və insan haqları sahəsində kəskin problemlərdən narahat olduqlarını qeyd edən Xarici İşlər nazirləri bu ölkəyə tətbiq edilən bəzi sanksiyaların, o cümlədən də silah embarqosunun qarşıdakı bir ildə də davam etməsinə qərar veriblər.

Belorusun yüksək səviyyəli 40 rəsmisinin Avropa Birliyi ölkələrinə səfər etməsinə qoyulan qadağa ötən ilin oktyabrında müvəqqəti dayandırılmışdı. O zaman buna səbəb kimi Brüsselin Minsklə əlaqələrdə maraqlı olmasının əlaməti kimi izah edilirdi.

Avropa Birliyi bir neçə il əvvəl insan haqları pozuntuları və seçkilərin saxtalaşdırılmasına görə Belorusun prezidenti də daxil olmaqla yüksək rütbəli rəsmilərinə viza qadağaları və ölkəyə başqa sanksiyalar tətbiq olunması barədə qərar qəbul etmişdi.
XS
SM
MD
LG