Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Xarici İşlər Nazirliyi Avropa standartlarına uyğun işə qəbul keçirəcək


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Avropa İttifaqı Azərbaycanda dövlət qulluğunda kadrların idarəolunması sistemində dəyişikliklərin edilməsini istəyir.



Bu məqsədlə “TACİS” layihəsi çərçivəsində məsləhətlərin və proqramların həyata keçirilməsi nəzərdə tutulub. Artıq bu mövzu ilə bağlı bir neçə vəsait də hazırlanıb. Araşdırmalar zamanı Azərbaycanın yalnız bank sisteminin Avropa standartlarına yaxın kadr siyasəti yürütdüyü müəyyən edilib.



Dövlət idarəetməsi sahəsində islahatlar üzrə Avropa İttifaqının eksperti Ronald Yanq nazirliklərdə lazımsız vəzifələrin olduğunu deyir. Onun sözlərinə görə, iş görməyən ekspertlər əvəzinə real işlə məşğul ola biləcək mütəxəssislərə yer verilməlidir.



Ronald Yanqın sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq Avropa İttifaqının kadr siyasəti üzrə tələbləri Xarici İşlər Nazirliyi yerinə yetirəcək. Nazirlik fevral ayında işə qəbul elan edəcək və ilk dəfə olaraq bütün prosesi Dövlət Qulluğunu İdarəetmə Şurası tənzimləyəcək.



Ötən ilin noyabr-dekabr aylarına planlaşdırılan işə qəbul Xarici İşlər Nazirliyinin təklifi ilə bu ilə keçirilib.
XS
SM
MD
LG