Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Səməd Seyidov: “Devid Atkinsonun hesabatının qəbul olunan variantı Azərbaycanı tam qane edir”


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası britaniyalı deputat Devid Atkinsonun Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabat və tövsiyələri qəbul edib.



Hesabatda deyilir ki, Azərbaycan ərazisinin böyük hissəsi erməni qüvvələrinin işğalı altındadır. Bu hərbi müdaxilə, ondan sonra baş verən etnik münaqişələr mono-etnik ərazilərin yaranmasına səbəb olub ki, bu da dəhşətli etnik təmizləmə məfhumunu xatırladır. Hesabatda daha sonra qeyd olunur ki, Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarətindədir.



Devid Atkinsonun hesabatındakı bu məqamlar Ermənistan tərəfinin narazılığına səbəb olmuşdu. Avropa Erməni Federasiyası məhz həmin məqamların dəyişdirilməsi barədə təşkilata müraciət etmişdi. Elə Azərbaycan tərəfi də bu hesabatın bütün bəndləriylə razı deyildi. Bəzi dairələr hesabatda ümumi ifadələrin olduğunu deyirdi.



Yanvarın 25-də Devid Atkinsonun hesabatına bəzi düzəlişlər edilib. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qəbul edilən son variantın Azərbaycan tərəfini tam qane etdiyini deyir.



Bu məruzəni Avropa Şurasının hazırkı baş katibi Terri Devis hazırlamağa başlamışdı. O, yeni vəzifəyə seçiləndən sonra bu işi Devid Atkinson davam etdirib.



Devid Atkinsonun hesabatında həmçinin BMT-nin münaqişəyə dair dörd qətnaməsi xatırlanır. Həmin qətnamələr Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə çağırır. Sənəddə təəssüflə qeyd olunur ki, həmin qətnamələr yerinə yetirilməyib.



Məruzədə həmçinin Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün yollar axtarmasının vacibliyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG