Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:07

Keçmiş jurnalist prezident seçkisini uddu


Maurisio Funes qələbəni bayram edir - Salvador, 16 mart 2009
Maurisio Funes qələbəni bayram edir - Salvador, 16 mart 2009
Salvadorda prezident seçkisini keçmiş televiziya jurnalisti uddu. Onun rəqibi isə sabiq polis şefi idi...

Seçkidə qələbə qazanan 49 yaşlı Maurisio Funesi prezidentliyə namizəd kimi keçmiş marksist hərəkatı - Farabundo Marti adına Milli Azadlıq Cəbhəsi irəli sürmüşdü. O, cəbhənin birinci namizədi idi ki, heç vaxt döyüş yolu keçməyib.

Funesdə solçulara böyük rəğbət 1980-1992-ci illər arası vətəndaş müharibəsindən reportajlar verəndə yaranıb.

Bazar günü qələbə çıxışında Funes hakimiyyətdən gedən sağçı Arena Partiyası ilə barışığa, ölkəni birliyə çağırıb. Funes deyir ki, onu ən çox narahat edən cəmiyyətdəki parçalanmadır:

«Bu birlik fərqliliyə hörmət qoymağa, dözümlülüyə, ümumi məqsədləri müəyyənləşdirməyə əsaslanır».

Funes deyib ki, o, mərkəzçi solçudur, pərəstiş etdiyi isə Braziliyanın mötədil prezidenti Lula da Silvadır. Maraqlıdır ki, Funesin həyat yoldaşı da braziliyalıdır və Lulanın partiyasının Salvadordakı bölməsinin rəhbəridir.

Funes ABŞ-la sıx əlaqələrə tərəfdardır. Yeni prezident Amerika ilə sıx əlaqələrdən danışmaqla, o cümlədən Braziliya prezidenti, mötədil siyasətçi Lula da Silvanın adını çəkməklə, öz əsas rəqibi - hakimiyyət nümayəndəsi Rodriqo Avilanın seçkiboyu vurğuladığı narahatlığa işarə edir.

Avila deyirdi ki, Salvadorda seçkidə solçular qalib gəlsələr, ölkəni Venesuela prezidenti Hüqo Çaves kimi Latın Amerikası solçularının orbitinə salacaqlar.

Bu şübhələri «Röyters» Agentliyi də xatırladır. Agentlik yazır:

«Bəzilərində şübhələr var ki, yeni prezident cəbhədən vitse-prezident seçilmiş Salvador Sançes kimi «qoca qurdlar»ın əlində oyuncağa çevrilsin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG