Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Azərbaycanda turizm informasiya mərkəzləri açılacaq


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Fevralın 2-də Bakıda Turizm İnformasya Mərkəzi açılacaq.



Gənclər İdman və Turizm Nazirliyində beynəlxalq turizm şöbəsinin rəisi Elçin Qafarlı deyir ki, daha sonra regionlarda da 7 belə mərkəz açılacaq.



Həmin mərkəzlər bir-biri ilə əlaqəli olacaq və dünyanın istənilən ölkəsindən İnternet vasitəsilə həmin mərkəzlərdən Azərbaycanın turizm potensialı - görməli, gəzməli yerləri, otelləri, istirahət mərkəzləri barədə məlumat almaq mümkün olacaq. Eləcə də ölkəyə gələn turistlər həmin mərkəzlərə müraciət edib onları maraqlandıran məlumatları pulsuz əldə edə biləcəklər.



Layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir.
XS
SM
MD
LG