Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Bakı-Rostov yolunda nəqliyyatın hərəkəti bərpa edilib


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq Bakı-Rostov yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib. Qafqaz magistralında gediş-gəliş sərbəstdir.



Rusiya Federasiyası Şimali Osetiya Respublikası Daxili İşlər Nazirliyi mətbuat xidmətinin təmsilçisi yanvarın 24-də saat 9-da bizə verdiyi müsahibədə belə dedi.



Yanvarın 20-də Şimali Osetiyanın Beslan şəhərinin 300-dən çox nəfər sakini Rostov-Bakı yolunu bağlamışdı. Mitinqçilər ötən il senyabrın 1-də Beslandakı 1 saylı məktəbdə törədilən terror aktının istintaqının yubadılmasına etirazlarını bildirirdilər.



Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Dmitri Kozak aksiyaçılarla telefon danışıqları apardıqdan sonra onların bir qrupu yanvarın 22-də axşam evlərinə dağılışmışdı.



Yanvarın 23-də gecə radələrində isə Bakı-Rostov yolu adi qaydada işləməyə başlayıb. Ərazidəki milis postları tamamilə ləğv edilib.



Buna baxmayaraq bəzi mənbələr osetiyalı gənclərin yenidən Rostov-Bakı yolunu bağlayacağı barədə məlumatlar yayıblar.



Şimali Osetiya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi bizimlə söhbətində bu məlumatları təkzib etdi.



Şimali Osetiyadan aldığımız son məlumata görə, Beslan şəhərində respublika prezidenti Aleksandr Dzasoxovun istefası tələbi ilə aksiyalar planlaşdırılır. Həftə ərzində Dmitri Kozakın da Beslana gələcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG