Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:32

İraqda futbolçu qol vurmaq istədiyi an güllələndi


İraqın Hilla qəsəbəsində, Bazar günü keçirilən Buhayra Annana və Sinjar komandalarının oyununda futbolçulardan biri oyunun son saniyələrində öldürülüb.

Polisin verdiyi məlumata görə, oyun 1-0 hesabıyla Sinjar komandasının xeyrinə başa çatmaq üzrəydi. Sinjar komandasının azarkeşləri silahlarla havaya atəş açıb əvvəlcədən qələbəni bayram eyməyə başlamışdılar.

Bu sırada Annanalı oyunçu Heydər Hakem hesabı bərabərləşdirmək üçün 100 faizlik qol vəziyyəti yaxalayıb. Amma topa zərbə vurmaq istəyi an başından gülləylə vurulub və meydandaca həlak olub.

Polis atəş açan fanatı həbs eləyib, hal-hazırda istintaq gedir.
XS
SM
MD
LG