Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Əl-ələ gəzmək üçün nigah kağızı cibinizdə olsun


Artıq Dubayda ictimai yerdə kişi ilə qadının yaxınlığını gizlətməməsi üçün nigah kağızını da gəzdirməsi tələb olunur

Artıq Dubayda ictimai yerdə kişi ilə qadının yaxınlığını gizlətməməsi üçün nigah kağızını da gəzdirməsi tələb olunur

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində ictimai əxlaqa uyğun olmayan davranışların siyahısı yenilənib. Ictimai yerlərdə, camaatın arasında edilməsi qadağan olunan davranışların siyahısı rəsmi Əl Amirat Əl Youm qəzetində dərc olunub.


Yeni qaydalara görə, bundan sonra yüksək səslə musiqi dinləmək, ictimai yerdə öpüşmək, cammaatın arasında içki içmək, evli olmayan qadınla kişinin əl-ələ tutması, rəqs eləmək, lüt soyunmaq və ya üzərində lüt adam şəkli olan paltarlar geyinmək qadağan olunur.

Dubay icra hakimiyyəti yeni qaydaların əks olunduğu afişaları şəhərin bir çox yerlərində asıb. Şura şəhərdə yaşayan əhalinin 80 %-ni təşkil eləyən xaricilərə də xəbərdarlıq eləyib ki, islam mədəniyyətinə hörmət eləmək və yeni qaydalara riayət eləmək onların da borcudur.

Bu qaydaları pozanlar, hətta gəlmələr və turistlər də şəriət məhkəməsi qarşısına çıxarılacaq və cərimələrlər və icbari işlərlə cəzalandırılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG