Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Ticarət və Xidmət Departamentində ixtisarlar gözlənilir


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentində ixtisarlar gözlənilir. Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, ixtisarlar departamentin bundan sonra dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır.

Ə.Bağırov deyib ki, indiyə kimi departamentin işçiləri fərdi müqavilələr əsasında işləyiblər. Bu il fevralın 9-da prezidentin «Dövlət rüsumu haqqında» qanuna əlavə və dəyişikliyin qüvvəyə minməsi ilə bağlı imzaladığı fərmandan sonra Ticarət və Xidmət Departamentinin dövlət büdcəsindən maliyyələşəcəyi nəzərdə tutulur:

«Ancaq ixtisarların həcmi ilə bağlı indidən heç nə demək olmaz. Bu, yalnız aprelin 1-dən sonra məlum olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG