Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

Adı korrupsiyada hallanan Səhiyyə Nazirliyi korrupsiyayla mübarizəyə başlayıb


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” İqtisadi Tədqiqatlar Mərkəzi səhiyyə sistemindəki vəziyyətlə bağlı araşdırma aparıb.



Mərkəzin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, araşdırma 40-dan artıq səhiyyə müəssisəsini, 100-dən çox pasienti və bir o qədər sayda tibb işçisini əhatə edib.



Məlum olub ki, xəstəxanalardakı xəstələrin 15 faizinə yemək verilir, ancaq keyfiyyətsiz olduğundan ondan istifadə olunmur. Büdcədən vəsait ayrılsa da, dərmanları xəstələr özləri alır, bütün müayinə və müalicə üçün tibb işçiləri xəstələrdən pul alırlar.



Səhiyyə Nazirliyinin şöbə müdiri Vəkil Abbasov isə bildirir ki, səhiyyə xidmətinə görə dövlət büdcəsindən hər vətəndaşa ayrılan illik vəsait 6-7 dollardan çox deyil. Dövlət büdcəsindən dərmana ayrılan vəsait də əhalinin ehtiyacını ödəmir, səhiyyədə korrupsiyanın qaşısını isə islahatlar ala bilər.



Vəkil Abbasovun sözlərinə görə, prezidentin korrupsiyaya qarşı mübarizə haqqında fərmanından sonra Səhiyyə Nazirliyində korrupsiya ilə mübarizə aparan qrup fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG