Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

Erməni diasporu Devid Atkinsonun hesabatına düzəlişlər etməyə çağırır


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Avropa Erməni Federasiyası Avropa vətəndaşları və təşkilatlarını Avropa Şurası Parlament Assambleyasında sabah səsə qoyulacaq iki qətnaməyə dəyişiklik etməyə çağırır.



Söhbət Devid Atkinsonun Dağlıq Qarabağa və Mats Eynarsonun etnik təmizləmə qurbanları üçün Avropada xatirə mərkəzinin yaradılmasına dair məruzələrindən gedir. Hər iki məruzə AŞPA-nın Strasburqda başlanan qış sessiyasında müzakirəyə çıxarılacaq.



Avropa Erməni Federasiyasının icraçı direktoru Loran Leylekyanın fikrincə, Atkinsonun hesabatı Azərbaycanın hesabatıdır.



Devid Atkinsonun Dağlıq Qarabağa dair məruzəsi Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmayıb. Bəzi dairələr onun ümumilikdə Azərbaycanın xeyrinə olduğunu deyir, digərləri isə hesabatın bəzi məqamları ilə razılaşmadıqlarını bildirirlər.



Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyevin fikrincə, əgər Avropa Şurası öz prinsiplərini rəhbər tutsa, bir üzv dövlətin digərinin ərazisini işğal etməsinin həmin prinsiplərə zidd olduğunu vurğulasa, Devid Atkinsonun hesabatına ermənilərin dəyişiklik etməsi çətin olacaq.



Milli QHT Forumunun prezidenti düşünür ki, Avropa Şurası üçün bitərəfliliyini və obyektivliyini sübut etməyə şans yaranıb.
XS
SM
MD
LG