Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

“Partlayış risqi olan yerdə Qərb hökumətlərinin demokratiya üçün, demokratik dəyişikliklər üçün səy göstərməsini gözləməyə əsas yoxdur” - Pol Qobl


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Hazırda Estoniyanın Tartu Universitetinin Avropa Kollecində çalışan tanınmış Amerika təhlilçisi, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı cənab Qobl Azadlıq Radiosuna müsahibəni telefonla Tartu şəhərindən verib.



Rövşən Əliyev:

- Cənab Qobl, Azərbaycan siyasətçiləri arasında sürəkli diskussiya gedir ki, 20 yanvar faciəsinin qarşısını almaq olardımı. Bu barədə siz nə fikirləşirsiniz.

Pol Qobl:

- Bu, Sovet Ittifaqının sonlarının çoxlu fəlakətlərindən biridir.

Mixail Qorbaçovun başçılıq elədiyi sovet hökuməti Xalq Cəbhəsi hökumətinin Sovet ittifaqından qıraqda Azərbaycana başçılıq eləməsinin qarşısını almaq əzmindəydi. Azərbaycanda az qala bütün qalan hakimiyyət rıçaqlarını itirəndən sonra Moskva qərara aldı ki, həmin hökuməti kütləvi güc göstərməklə əzməkdən başqa yol yoxdur.

R.Ə.:

-Yəni bütün Hər şey Moskvadan asılı idi?



P. Q.:

-Həmin vaxt Moskvada güclər tamamilə səfərbərliyə alındığından inanmıram ki, Moskvanın həmin istiqamətdə hərəkətinin qarşısını almaq üçün Azərbaycna nəsə bir iş görə bilərdi.

Bakını əzmək üçün qoşun göndərmək Moskvanın qərarı idi. Bu qərar belə bir anlamla qəbul olunmuşdiu ki, artıq başqa bir seçim yoxdur. Və Qərb ciddi irad tutmayacaq. Çünki o vaxt Qərb daha çox sabitlik sarıdan narahat idi və belə hesab edirdi ki, bunun müqabilində Sovet hökuməti Amerikanı və müttəfiqlərini Yaxın Şərq məsələsində dəstəkləyəcək.



R.Ə.:

-Keçmiş prezident Cimmi Karterin milli təhlükəsizlik müşaviri olmuş Zbiqnev Bzejinski 1989-cu ildə Fransanın Le novuel Observatour jurnalına müsahibəsində Əfqanıstana sovet müdaxiləsinə qəsdən göz yumulması haqqında deyib ki, dünya tarixi üçün önəmli nə idi - bəzi müsəlmanların pərən-pərən düşməsi, yoxsa - Mərkəzi Avropanın azad olması və soyuq müharibənin sona çatması?

Mənim sizə sualım belədir: Eyni şeyi yaşlı Buş hökumətinin sovet qoşunlarının Bakıdakı əməllərinə baxışı haqqında demək olarmı?

P.Q.:

-Düşünmürəm ki, bu həmim məsələnin bir formalaşdırılması yolu idi. Amma hesab eləyirəm ki, o vaxt Vaşinqtonda belə bir təsəvür vardı ki, 1989-cu il Şərqi Avropa hadisələrindən sonra xalq cəbhəsinin hakimiyyətə gəlməsi yoluyla Sovet Ittifaqının tərkibindən çıxmasından sonra Sovet Ittifaqı qəfil dağılacaq və nəticəni qabaqcadan görmək və onu nəzarətdə saxlamaq mümkün olmayacaq. Düşünürəm ki, orda böyük bir qorxu vardı. Nəzərə alaq ki, sovet liderliyində Şərqi Avropanın əldən çıxmasıyla bağlı bir qəzəb də vardı və hesab olunurdu ki, Azərbaycan üstündə qarşıdurma olsa sovet hökuməti özünü daha pis apara bilər.

R.A.:

-Azərbaycanlı fəallar Amerika barədə iki dəfə dərindən məyus olublar. 15il qabaq onlar yaşlı Buş hökumətinin sovet qoşunlarının Bakıya girməsinə yumşaq münasibətindən məyus olublar. Və bir il qabaq isə həmin fəalların çoxu gənc Buş hökumətinin Azərbaycaqndakı seçki fırıldaqları haqqında yumşaq bəyanatından məyus olublar. Hər iki halda Birləşmiş Ştatlaırn əlindən daha çox iş gələ bilərdimi?



P.Q.:

- Hesab olunur ki, dünyada demokratiyanın yüksəlişi Birləşmiş Ştatların uzunmüddətli maraqlarına xidmət eləyir və mən belə hesab eləyərdim ki, Qərb də Azərbaycanda həqiqi demokratik inkişafa daha çox dəstək verməlidir.

Və Azərbaycanda kim demokratiyanı dəstəkləməyə çalışırsa onların səsinə daha güclü səs verilməli idi.

Eyni zamanda mən düşünürəm ki, yəqin partlayış risqi olan yerdə Qərb hökumətlərinin demokratiya üçün, demokratik dəyişikliklər üçün səy göstərməsini gözləməyə əsas yoxdur.

Buna görə, demokratik dəyişikliklər baş verən yerlərdə, məsələn
XS
SM
MD
LG