Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:12

Viktor Yuşenkonun inauqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Azərbaycanın 3 müxalifət partiyasının lideri – Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Milli Demokrat partiyasının rəhbəri İsgəndər Həmidov Viktor Yuşenkonun yanvarın 23-də keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün Kiyevə gediblər. Hazırda onlar Ukrayna paytaxtında müxtəlif görüşlər keçirirlər.



Kiyevə tədbirin təşkilat komitəsi tərəfindən dəvət olunduğunu bildirən AXCP sədri Əli Kərimli belə deyir.



«Bu gün biz Ukraynanın milli bayramı ilə əlaqədar tədbirdə iştirak etmişik, bir sıra partiya nümayəndələri ilə görüşlər keçirmişik. Həmçinin, mən Viktor Yuşenko ilə görüşüb ona AXCP—nin və Azərbaycan müxalifətinin təbriklərini, dəstəyini çatdırmışam».



AXCP sədri deyir ki, Ukraynada insanlar prezident seçkiləri zamanı Azərbaycanın dövlət rəsmilərinin Viktor Yanukoviçi dəstəkləməsindən təəssüflənirlər. Ancaq buna baxmayaraq Ukraynada Azərbaycan xalqına münasibət çox yaxşıdır.



Əli Kərimlinin sözlərinə görə, Ukrayna xalqı həm oradakı Azərbaycan diasporunun, həm də Azərbaycandakı demokratik qüvvələrin Ukrayna müxalifətini dəstəklədiyini bilir və bunu qiymətləndirir.



Yerli telekanalların yaydığı məlumata görə isə, Azərbaycan dövlətini bu mərasimdə baş nazir Artur Rəsizadə təmsil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG