Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Bir yol ictimai televiziyanın yaranmasını gözləməkdir, o biri yol yeni televiziya yaratmaqdir. Ancaq televiziya yaratmaq niyə çətinə düşür?


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Yanvarın 21-də səhər tezdən Bakı-Rostov yolunu bağlayan aksiyaçıların sayı 300 nəfəri ötüb. Piketçilər ötən il Beslan şəhərindəki məktəbdə törədilən terror aktının istintaqının yubadılmasına və Şimali Osetiya rəhbərliyinə etirazlarını bildirirlər.



Milislər vəziyyətə nəzarət edirlər, avtomobillərin hərəkətini yaxınlıqdakı başqa yollarla təmin etməyə çalışırlar. Bununla belə, Bakı-Rostov yolunda gərginlik hökm sürür.



Dağıstan Sərhəd Qoşunları Xidməti və Dövlət Şurasından aldığımız xəbərdə belə deyilir. Məlumatda bildirilir ki, yanvarın 20-də axşam Beslan şəhərinin 50 nəfərədək sakini qəflətən Bakı-Rostov yolunu bağlayıb. Yanvarın 21-də səhər Şimali Osetiyanın prezidenti Aleksandr Dzasoxov aksiyaçılarla görüşüb yolun açılmasını xahiş etsə də, danışıqlar nəticə verməyib.



Aksiyaçılar Bakı-Rostov yolunda böyük bir çadır qurublar. Onların arasında terror aktı zamanı ölən və yaralanan uşaqların valideynləri, xüsusilə də qadınlar çoxluq təşkil edirlər.



Aldığımız xəbərdə bildirlir ki, aksiyaçılar Şimali Osetiyanın prezidenti Aleksandr Dzasoxov və digər bir neçə vəzifəli şəxsin istefasını tələb edirlər.



Hadisə yerinə Rusiya Federasiyası və Şimali Osetiya prokurorluqları rəsmilərinin gəlişi də vəziyyəti dəyişməyib.



Dağıstan Sərhəd Qolunları Xidmətindən məlumat aldıq ki, Bakı-Rostov yolunu bağlayan aksiyaçılar yaxınlıqdakı digər yolları da kəsməyə başlayıblar. Bu isə Bakı-Rostov yolunu tamamilə iflic vəziyyətinə düşməsinə səbəb ola bilər.



Aldığımız son məlumatlara görə, aksiyaçıların sayı artmaqdadır.
XS
SM
MD
LG