Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:03

“Neftçi” Birlik Kubokunun finalına çıxıb


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Bu gün Moskvada keçirilən 13-cü Birlik Kubokunun yarımfinalında Azərbaycan çempionu “Neftçi” Ukrayna çempionu Kiev “Dinamo”sunu məğlub edib.



“Neftçi” 2-1 hesabıyla qalib gəlib və ilk dəfə olaraq keçmiş SSRİ ölkələrinin qatıldığı Birlik Kubokunun finalına çıxıb. “Neftçi”nin hər iki qoluna gürcüstanlı legioner Georqi Adamiya imza atıb.



Dinamoçular bu turnirə əsas heyətlə gəlməyib. Builki Birlik Kubokunun reqlamentinə müvafiq olaraq Kiyevin “Dinamo” və Moskvanın “Lokomotiv” klubları mübarizəyə birbaşa yarımfinaldan qoşulub. Bir şərtlə ki, Ukrayna və Rusiya çempionları turnirə əsas heyətlə qatılsın. Amma “Dinamo” Moskvaya əsasən gənclərdən qurulan komandayla gəlib. Komandaya baş məşqçinin köməkçisi Vladimir Onişenko rəhbərlik edib.



13-cü Birlik Kubokunun qrup oyunlarında Moldova “Şerif”ini 1-0, Türkmənistan “Nebitçi”sini 4-1 yenən “Neftçi” ¼ finalda Ermənistan çempionu “Pünik”i 2-0 məğlub edib.



Bu oyunlarda 4 qola imza atan “Neftçi”nin yeni hücumçusu Georgi Adamiya Kiyev “Dinamo”suyla oyunda da iki dəfə fərqlənərək Birlik Kubokunun bombardirinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG