Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Vyanada ATƏT ekspertlərinin Qarabağa qarşıdakı səfəri müzakirə olunub


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Yanvarın 21-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə Qarabağda Ermənistanın məskunlaşma siyasəti aparıb-aparmadığını yoxlayacaq faktaraşdırıcı missiyanın görüşü keçirilib.



XİN mətbuat xidmətinin rəhbəri Mətin Mirzə deyir ki, «faktaraşdırıcı missiyanın tərkibi artıq məlumdur. Buraya ATƏT-in Minsk qrupu həmsədrləri ilə yanaşı Finlandiya, İtaliya, İsveç və Almaniyanın da ekspertləri daxildir. Bu gün onlar Vyanada bölgəyə səfərlə bağlı texniki məsələləri müzakirə edirlər».



Həmin müzakirələrdən sonra onlar yanvarın 28-də Bakıya gələcəklər.



Mətin Mirzə əlavə edir ki, «bundan sonra faktaraşdırıcı missiya işğal altında olan torpaqlara gedəcək. Məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində süni surətdə əhalinin yerləşdirilməsi məsələsi ilə bağlı məruzə hazırlamaqdır. Bu konkret faktlara söykənən bir məruzə olacaq. Sonra isə həmin məruzə lazımi instansiyalara təqdim ediləcək».



Mətbuat xidməti rəhbərinin sözlərinə görə, söhbət əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından gedir. Mətin Mirzə deyir ki, təhlükəsizlik məsələləri ilə bağlı vəziyyət nəzərə alınaraq faktaraşdırıcı missiya bölgəyə Ermənistandan gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG