Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Etnik polyaklar qadağaya baxmayaraq Belorusda tədbir keçiriblər


Belorusda etnik polyaklar hakimiyyətin qadağasına baxmayaraq konqres keçiriblər.

«Polyaklar Birliyi» martın 15-i son 4 ildə ilk dəfə olaraq bir araya gəliblər. Polisin nəzarətində olmasına baxmayaraq birliyin təşkil etdiyi koqresdə 174-ə qədər nümayəndə iştirak edib.

Belorusda «Polyaklar Birliyi»nin fəaliyyəti 2005-ci ildə ləğv olunmuşdu, həmin il polis onların gərargahlarını əllərindən almışdı.

Etnik polyakların dediyinə görə onların bir çoxu sorğu sual üçün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq xəbərdarlıq almışdılar ki, fəaliyyəti ləğv olunmuş təşkilatın tədbirində iştiraka görə onlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG