Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:28

"Azerbaijan International" "Azadlıq" radiosunun "Ən yaxşı reportajı" barədə məqalə çap edib


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Los Ancelesdə ingilis dilində çap olunan "Azerbaijan International" jurnalı "Azadlıq" radiosunun Bakı bürosundan Şahnaz Bəylərqızının "Faiq Kərimovun portreti" adlı reportajı barədə geniş məqalə dərc edib.



Baş redaktor Betti Bleyer tərəfindən yazılan məqalə jurnalın son sayında çap edilib və məqalənin axırında reportajın ingilis dilində tərcüməsi verilib.



Dekabr ayında “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Şahnaz Bəylərqızının Bakı Dillər Universitetinin müəllimi Faiq Kərimov barədə hazırladığı 6 dəqiqəlik əhvalat radionun 28 dildə hazırlanan verilişləri arasında birinci yeri tutmuşdu.



“Faiq Kərimovun portreti” adlanan reportaj 18 yaşında Dağlıq Qarabağda gözlərini itirən, lakin həyatdan küsməyən, özündə qüvvə taparaq ingilis dilini öyrənən, daha sonra Dövlət Dillər Universitetində müəllim işləyən və nəhayət, ailə quran bir şəxsə həsr olunub.



"



"Azerbaijan International" jurnalının məqaləsinə baxmaq üçün buraya "vurun".
XS
SM
MD
LG