Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Sənan Əlizadə: «Azərbaycanla Türkmənistan müqavilə imzalayıb «Kəpəz» yatağını birlikdə istismar etməlidirlər


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Yanvarın 18-də rəsmi Aşqabad Türkmənistanın «Sərdar», Azərbaycanın isə «Kəpəz» adlandırdığı neft yatağının işlənməsi ilə bağlı Kanada şirkətlərindən biri ilə danışıqlar apardığını bəyan edib. Ötən əsrin sonlarından Türkmənistanla Azərbaycan arasında mübahisə obyektinə çevrilən «Kəpəz» yatağından danışan ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Məmməd Zeynalov qonşu dövlətin başçısının bu qıcıqlandırıcı hərəkətinin arxasında Xəzərdə başqa niyyətləri gerçəkləşdirmək istəyinin dayandığını istisna etmir. Onun sölzərinə görə, «Kəpəz»i 1986-cı ildə Azərbaycan mütəxəssisləri kəşf edib. Əvvəl həmin yataq «Böyük oktyabr sosialist inqilabının 50 illiyi» adlandırılıb. Sonradan Azərbaycan onu «Kəpəz», Türkmənistan isə «Sərdar» adlandırıb. Cənab Zeynalovun sözlərinə görə 1997-ci ildə Azərbaycan Rusiya ilə Kəpəz yatağının birgə işlənməsi barədə müqavilə imzalayıb. Ancaq Türkmənistanın müdaxiləsindən sonra həmin işlər dayandırılıb. «Xəzərin statusu müəyyənləşməyincə nə Azərbaycan nə də Türkmənistan orada heç bir iş aparmamalıdır. Status müəyyənləşəndən sonra hansı yatağın hara daxil olduğu bilinəcək. Orta xətlə götürəndə «Kəpəzin» Şərq hissəsi Türkmənistana, Qərb hissəsi isə Azərbaycana düşməlidir».

Məmməd Zeynalovun fikrincə, Türkmənistan bu məsələdə düzgün mövqe tutmur. Çünki, xəzəryanı dövlətlərin öz aralarındakı razılığa görə, Xəzərin statusu müəyyənləşməyincə, mübahisəli yataqlarda işlər dayandırılmalıdır.

Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sənan Əlizadə isə deyir ki, «Kəpəz yatağı həqiqətən də Azərbaycanla Türkmənistan arasında yerləşir. Onun bir hissəsi Azərbaycanın, digər Hissəsi isə Türkmənistanın ərazisinə düşür. Əgər sərhəd xətti çəkilsə, düz onun ortasından keçər. Ancaq Türkmənbaşı bu məsələdə həddindən artıq sərt mövqe tutur».

Sənan Əlizadənin fikrincə, bu problemin ən yaxşı həlli odur ki, Azərbaycanla Türkmənistan müqavilə imzalayıb həmin yatağı birlikdə istismar eləsinlər: « o vaxt mən neft şirkətinin prezidenti olanda Türkmənistan tərəfi ilə danışıqlar aparıb yatağı şərikli istifadə etmək barədə razılığa gəlmişdik. İndii də Türkmənistanla belə bir razılıq əldə edilməlidir. Əgər Türkmənlər razılaşmaq istəməsələr, onda beynəlxalq qurumları məsələyə cəlb edib problemi dinc yolla həll eləmək lazımdır».

Sənan Əlizadə belə deyir.

XİN mətbuat xidmətinin rəhbəri Mətin Mirzə isə məsələ dəqiqləşdirilmədiyi üçün nazirliyin hələlik bu istiqamətdə heç bir addım atmadığını deyir: »Neft şirkəti bu məsələni dəqiqləşdirdikdən sonra biz buna münasibət bildirə bilərik. Hələlik belə bir faktı bizə təqdim etməyiblər».

ARDNŞ mətbuat xidmətinin rəhbəri Məmməd Zeynalov ümumiyyətlə Xəzərdə Azərbaycana məxsus mübahisəli yatağın təkcə «Kəpəz» olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycanın Türkmənistan və İranla bir neçə belə mübahisəli yataqları mövcuddur.

Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sənan Əlizadənin fikrincə isə mübahisəli yataqlar məsələsində Türkmənistanla razılığa gəlmək mümkün olsa da İranın iddia elədiyi yataqlarla bağlı Azərbaycan hər hansı razılığa gələ bilməz. Çünki həmin yataqların İrana heç bir dəxli yoxdur.
XS
SM
MD
LG