Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

“Rusiyada qocaları həbs edirlər”


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” --“Tayms”



Güzəştlərin ləğvinə etiraz etdiklərinə görə Rusiya qocalarını həbs edirlər. Rusiya hökuməti bir neçə təşkilatçını və radikal hərəkatların nümayəndələrini tutmaqla təqaüdçülərin etiraz dalğasını yatırtmağa çalışır.



Hökumət həmçinin, gənclərin də təqaüdçülərə qoşulacağından ehtiyatlanaraq tələbələrin ordudan möhlət hüququnun ləğvinin icrasını dayandırıb.



--“Di Velt”



“Rusiyanın demokratiya yolunda “qəza baş verib” və onun müvəffəqiyyət əldə edəcəyinə ümid yoxdur”. Bunu ABŞ-ın yeni dövlət katibi Kondoliza Rays çərşənbə axşamı Senatdakı çıxışında deyib.



Rusiyanın xarici işlər naziri Serqey Lavrov Kondoliza Raysın bəyanatını müəyyən narazılıqla qarşılayıb. O deyib ki, “Rusiyanın daxili siyasəti bizim öz daxili işimizdir”. Bununla belə, Lavrov yeni administrasiyanın Rusiyayla bundan sonra da tərəfdaşlıq əlaqələrini inkişaf etdiricəyinə əminlik bildirib.



--“Vaşinqton Tayms”



Rusiya Federasiyasında müsəlman icmalarının sürətlə artması rusiyalıların bir çoxunda narahatlıq doğurur.



Levada Mərkəzinin apardığı sorğuda rusların 44 faizi Rusiyada İslamın yayılmasına inzibati məhdudiyyət qoymağı tələb edir.



Britaniya hərbçilərinin iraqlı məhbusları ələ salmalarını əks etdirən şəkillərin mətbuatda nəşri İngiltərə ictimaiyyətini şoka salıb. İngiltərə qəzetləri “Ordunun biabırçılığı”, “Britaniya rüsvayçılığı”, “Britaniya Abu-Qreybi” başlıqlarıyla çıxıb.



--“İndependent”



İngiltərə vətəndaşları, ələlxüsus da orduya aidiyyəti olanlar xəcalət çəkməlidirlər.



“Bu vaxtədək bizə elə gəlirdi ki, bu cür barbarlıq ancaq Amerika ordusuna xasdır, bizimkilər isə başqadır. İndi yanıldığımızı anlamışıq”.



--“Tayms”



Bir neçə insanın hərəkətinə görə bütün Britaniya ordusunu mühakimə etmək düzgün deyil.



“Bir neçə müstəsna ədəbsiz davranışa görə bütün Britaniya ordusunu ləkələmək olmaz”.



--“Lö Mond”



Şəkillərlə bağlı qalmaqal onsuzda İraq müharibəsinə görə Britaniya ictimaiyyətinin tənqidinə məruz qalan baş nazir Toni Bler üçün əlavə çətinliklər yaradacaq.



Britaniyanın özündə seçkilərə az qalıb və bu qalmaqal Blerin xarici siyasətinin müdrüklüyünü bir daha şübhə altına alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG