Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

Bakı 20 Yanvar şəhidlərini unutmur


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir Ötən illərdə olduğu kimi bu dəfə də Bakıda 100 minlərlə insan Şəhidlər Xiyabanına axışaraq 20 Yanvar şəhidlərini ziyarət etdi.



1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının qətlə yetirdiyi insanların məzarları onları yad etməyə gələnlərin gətirdiyi qərənfillərdən görünməz oldu.



Ziyarətə gələnlərdən 20 Yanvar yaralısı Arif Məhərrəmov deyir ki, hər il Şəhidlər Xiyabanında insan selini seyr etmək ona qürur verir. Şəxsən o, yalnız hər il yanvarın 20-i yox, ilin bütün günləri Şəhidlər Xiyabanına gəlib əqidə yoldaşlarını ziyarət etməyi özünə borc bilir.



Qarabağ Qazilər Təşkilatının sədri Oruc Məmmədəliyev isə deyir ki, biz Azərbaycanın müstəqilliyindən ötrü hər şeydən əvvəl 20 Yanvar şəhidlərinə borcluyuq. Ancaq Azərbaycan müstəqil olsa da, ölkə vətəndaşları özlərini hələ tam müstəqil, azad hiss etmirlər.



Prezident İlham Əliyev və bir sıra dövlət məmurları səhər saat 10-a yaxın Şəhidlər Xiyabanına gəldilər. Bakıda fəliyyət göstərən xarici ölkə səfirlərinin başsağlığını da dövlət başçısı elə xiyabanda dinlədi.



Bakı şəhər rəhbərliyinin əvvəlcədən elan etdiyi kimi, metronun “20 Yanvar” stansiyasından xiyabana qədər olan məsafədə marşrutlar pulsuz fəaliyyət göstərirdi. Metro da paytaxt sakinlərinə pulsuz xidmət edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG