Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:03

Mütəxəssislərə görə, hökumət təblirlər görməsə Bakıda yeni torpaq sürüşmələri baş verə bilər


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir «Hazırda Bakıda sürüşməyə meylli bir neçə ərazi var ki, tədbirlər görülməsə, təhlükə qaçılmaz olacaq». Geoloqlar Bakının Bayıl yamacı ərazisinə aid Şəhidlər Xiyabanının bir hissəsinin, Əbədi Məşəlin olduğu yerin bərkitmə işlərinə ehtiyacı olduğunu deyirlər. Ötən əsrdə ərazidə 5 dəfə sürüşmə olub. Elmlər Akademiyası Geologiya İnstitunun əməkdaşı, professor Firdovsi Əliyev deyir ki, burda 1996-cı ildə baş verən sonuncu sürüşmə 2000-ci ildə Əbədi Məşələ doğru inkişaf edib. Əbədi Məşəlin 53 metrliyində qırılma qaşı olub. Sürüşmə dili Neftçilər prospektinə gəlib. 2000-ci ildə aparılan tədqiqatlar göstərib ki, təbdirlər görülməsə, 2008-2010-cu ildə yeni sürüşmə baş verə bilər.

Firdovsi Əliyev deyir ki, geoloqlar sürüşmənin qarşısının alınması üçün hökumətə təkliflər veriblər. Təkliflərin bir hissəsi yerinə yetirilib. Ancaq əsaslı qismi üçün hələ vəsait axtarılır.

Sürüşməni yaradan amillərə gəldikdə isə mütəxəssislər binaların zirzəmilərinə yığılan sulardan tutmuş yeni tikilən hündur binaların qaydasız yerseçiminə qədər müxtəlif amillərin səbəb olduğunu deyirlər. Dövlət Tikinti və Arxitektura Komitəsinin eksperti Afiq Talıbovun hesablamalarına görə, paytaxta gələn və şəhərdən çıxan kanalizasiya sularının 50 faizi son məntəqəyə gedib çatmır.

Bakının keçmiş meri Sənan Əlizədə isə yeni binaların tektonik ərazilərdə tikilməsinin narahatlıq doğurduğunu bildirir.

Təhlükənin qarşısının alınmasına gəldikdə isə Bakının Baş Planının müəlliflərindən biri Feyruz Quliyevə görə, Baş Planda düzəlişlər olunmalıdır.

Nərimanov heykəli yanında baş verən sürüşmədən sonra isə Bakı şəhər icra hakimiyyəti başçısı bütün binaların zirzəmilərində yığılan suların təmizlənməsi göstərişini verib.
XS
SM
MD
LG