Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Gürcüstanda azərbaycanlılarla bağlı insidentə görə cinayət işi açılacaq


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir Gürcüstanda maliyyə polisi ilə toqquşmada yaralanmış azərbaycanlılardan birinin vəziyyəti ağırdır, faktla bağlı cinayət işi açılacaq. Bunu “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov bildirib.



Ramiz Həsənov deyir ki, hadisəni qaçaqmalçılıq problemi kimi qiymətləndirmək lazımdır.



Yanvarın 19-da Gürcüstanın Qardabani rayonu ərazisində baş vermiş insident zamanı üç azərbaycanlı yaralanıb. Onlardan ikisinin yarası yüngüldür. Sinəsindən yaralanmış üçüncü azərbaycanlı üzərində cərrahiyyə əməliyyatı aparılıb, o, hazırda Tbilisi xəstəxanasındadır.



Ramiz Həsənov eyni zamanda qeyd edir ki, həmin şəxslər Azərbaycandan Gürcüstan ərazisinə keçiblər. Mikroavtobusla gedən bu sərnişinlərin əlində kiçik bağlamalar olub. İnsidentdən əvvəl onlar Gürcüstan gömrüyündən, sərhəd xidmətindən keçiblər. Məhz buna görə də səfir öz narahatlığını Gürcüstan rəsmilərinə çatdırdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG