Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:55

“Gürcüstan azərbaycanlıları ilə polis arasında atışma baş verib”


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir »Yeni Azərbaycan» 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş məqalə dərc edib.



»Azadlıq» qəzeti Azərbaycandan Ermənistana neft satan şirkətlərin siyahısını əldə edib. Bu işlə əsasən azərbaycanlı məmurlara məxsus olduğu iddia edilən »Anna Lusa», »Merkuri-Tredinq» və »Qrin Reyc» şirktələri məşğuldurlar.



»“Neftçi” erməniləri darmadağın etdi» başlıqlı məqalə ilə »Üç nöqtə» qəzetində tanış olmaq mümkündür.



»Neftçi» komandasının qələbəsini »Exo» qəzeti də müzakirə edib.



»Azərbaycan Qarabağı hərbi yolla azad etməyə hazırlaşır». »Ayna» qəzeti yazır ki, son vaxtlar Rusiya mətbuatında bu başlıqlı yazılara tez-tez rast gəlinir.



Prezident “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsinə dair fərman verib. Və İran prezildentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehti Səfərini qəbul edib. »Azərbaycan» qəzeti bu barədə ətraflı yazır.



»Ermənistan Elizabet Consun dediklərindən narazıdır». Bu adda məqaləni »Zerkalo» qəzeti çap edib.



»525-ci qəzet» MM-in komissiyasının sədri Səməd Seyidovla müsahibə dərc edib.



»Bakı Xəbər» yazır ki, Azərbaycanda son bir ildə 150 min iş yeri açılsa da, 55 minlik işsizlər rəqəmi dəyişməyib.



Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində sakinlərlə polis arasında atışma baş verib. Bu barədə »Xalq Cəbhəsi» yazır ki, 3 azərbaycanlı yaralanıb, 1 nəfər həlak olub.



»Kölgə siyasətçilərinin rəqib problemi» başlıqlı məqalə ilə »Yeni Müsavat» qəzetində tanış olmaq mümkündür.
XS
SM
MD
LG