Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:43

Əlməmməd Nuriyev AXCP-dən çıxarıldı


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir Yanvarın 18-də AXCP “İslahatçılar” tərəfinin Nərimanov rayon şöbəsi millət vəkili Əlməmməd Nuriyevi partiyanın sıralarından xaric edib.



Rayon şöbəsi bu qərarı son vaxtlar Əlməmməd Nuriyevin fəaliyyətinin partiyanın siyasi kursuyla üst-üstə düşməməsiylə izah edib.



AXCP “İslahatçılar” tərəfinin rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlı deyir ki, onlar hakimiyyətə müxalifətdə olan bir siyasi qüvvədirlər. Odur ki, hər bir üzv fəaliyyətində bunu nəzərə almalıdır.



Fuad Qəhramanlının sözlərinə görə, ola bilsin, yaxın vaxtlarda daha bir neçə şəxs də eyni səbəblə partiya üzvlüyündən xaric edilsin.



Əlməmməd Nuriyevə yaxın olan insanların bildirdiyinə görə, o, hazırda Azərbaycanda deyil. Hər halda, onun bu məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG