Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:38

Mətbuat Şurası etik normaları daha çox müxalifət qəzetlərinin pozduğunu deyir


Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir Son bir ayda Azərbaycan mətbuatında peşə davranış qaydaları 600 dəfə pozulub.



Bunu 25 qəzetin monitorinqini aparan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyir.



Əflatun Amaşovun sözlərinə görə, pozuntulara daha çox müxalifət və müstəqil mətbuatda rast gəlmək mümkündür. Hakimiyyət mətbuatında isə bu sahədə irəliləyişlər var.



Əflatun Amaşov bildirir ki, bu monitorinq 6 ay davam edəcək və sonrakı mərhələlərdə daha çox pozuntulara yol verən qəzetlərin adları da açıqlanacaq.



«Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev isə iddia edir ki, bu sahədə vəziyyət hakimiyyət qəzetlərində daha acınacaqlıdır.



Aydın Quliyevin sözlərinə görə, əgər dövlət məmurları məhdudiyyətlər yaratmasalar, müxalifət qəzetləri həmişə onların mövqelərini öyrənməyə hazırdırlar.



Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» qəzetinin redaktor müavini Natiq Məmmədli də monitorinqin nəticəsiylə razı deyil. Onun sözlərinə görə, bu bəla ümumi bəladır. Odur ki, bu məsələdə hakimiyyət-müxəlifət bölgüsü aparmağa heç bir ehtiyac yoxdur.
XS
SM
MD
LG