Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:13

20 Yanvar hadisəsinin 15-ci ildönümünə hazırlıq görülür


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər 1990-cı il yanvarın 20-dən 15 il, 5479 gün ötür. 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış xiyabanın girəcəyində bu tarix qərənfillərlə yazılıb.



Şəhidlər Xiyabanını ziyarət bu gündən başlayıb. Gələnlərin çoxu məktəblilərdir. Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün orta məktəblərdə ilk dərs 20 Yanvar hadisələrinə həsr olunub. 305 saylı məktəbin şagirdləri deyirlər ki, bugünkü dərslərini Şəhidlər Xiyabanında əyani keçiblər.



Xiyabanın əməkdaşları sabahkı xatirə günü üçün hazırlıq işlərinin başa çatdırıldığını deyirlər.



Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, yanvarın 20-də xatirə gününün təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülüb.



Sabah polis gücləndirilmiş iş rejimində işləyəcək. Şəhidlər Xiyabanına gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Əhalinin hərəkəti Əzizbəyov heykəli tərəfdən Parlament prospekti ilə olacaq.



Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Bakının bir neçə sərgi salonlarında 20 Yanvara həsr olunan sərgilər açılıb.



1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı keçirdiyi əməliyyatda 130-dan artıq adam öldürülmüş, 700-dən çox yaralanmışdı. Ölənlər arasında qadınlar və uşaqlar da olub.
XS
SM
MD
LG