Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

İqtisadi ekspertlər kölgə iqtisadiyyatı barədə statistikaya fərqli yanaşır


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər Gizli iqtisadiyyat barədə rəqəmləri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev dilə gətirib. Onun sözlərinə görə, gizli iqtisadiyyat qeyri-formal sahə kimi qəbul olunur və əsasən vergidən, statistikadan yayınaraq müxtəlif işlərlə məşğul olanlar bu sahəni formalaşdırır. Arif Vəliyev deyib ki, ÜDM göstəricisi hesablananda bu sahə də qeyri-formal sahə kimi hesablanan göstəriciyə əlavə olunur.

İqtisadi Texnologiyalar İnstitunun rəhbəri Vüsal Qasımova görə, kölgə iqtisadiyyatının həcminin 20 faiz olması barədə dövlət statistika komitəsi ilk dəfə deyil ki, açıqlama verir. Hər il eyni rəqəm söylənir. Vüsal Qasımov deyir ki, Transparency İnternational-ın hesablamalarında, Azərbaycan korrupsiyanın səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Buna əsasən kölgə iqtisadiyyatına dair də eyni fikri söyləmək olar.

Azad İqtisadiyyat Mərkəzinin rəhbəri Zöhrab İsmayılov da gizli iqtisadiyyatın ÜDM-un 18-20 faizini təşkil etməsi barədə məlumatla razı deyil. Onun dediyinə görə, 2002-ci ilin yekunlarına dair Dünya Bankının hesablamasında Azərbaycanda kölgə iqtisadiyyatının payı 60 faizdir.

Zöhrab İsmayılov deyir ki, son vaxtlar bəzi sahələrdə leqallaşma getsə də, bu 2005-ci ilin büdcəsində əks olunmayıb. O, neft sektorunun, yük daşımalarının, ticarət sektorunda da kölgə iqtisadiyyartının olduğunu deyir.

Zöhrab İsmayılov bildirir ki, qərb ölkələrində kölgə iqtisadiyyatı ÜDM-un təxminən 20 faizini təşkil edir ki, bu da normal hal sayılır. Azərbaycan dövlət statistika komitəsinin verdiyi rəqəmsə məqsədli xarakter daşıyır, məqsəd respublika iqtisadiyyatının normal vəziyyətdə olması barədə təsəvvür yaratmaqdır.

İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimov isə Azərbaycan rəsmiləriylə beynəlxalq təşkilatların kölgə iqtisadiyyatıyla bağlı fərqli rəqəmlər verməsinin səbəbini başqa cür izah edir. Onun dediyinə görə, bunun əsas səbəbi metodikalarda olan fərqdir. Orxan Kərimovun fikrincə, hətta dövlət statistika komitəsi də bu rəqəmləri tam dəqiqliklə verə bilməz. İqtisadçı 2002-ci ildən bəri kölgə iqtisadiyyatının həcminin azalmasını da istisna etmir. Ancaq yenə də bunu müxtəlif hesablamalarda olan fərqlərlə izah edir.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Samir Əliyev də 18-20 faizin Azərbaycanda kölgə iqtisadiyyatının real vəziyyətini əks etdirmədiyini düşünür. O, həmçinin 2002-ci ildən bəri kölgə iqtisadiyyatının həcminin azalması fikriylə də razılaşmır.
XS
SM
MD
LG