Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:21

Arif Həsənov: Xəzərdə güclü sunami ola bilməz


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər Cənub-şərqi Asiyadakı sunamidən sonra həmin təbii fəlakətin dünyanın başqa regionlarına mümkün təsirləri haqqında fərziyyələrə Azərbaycan mətbuatında geniş yer ayrılır. Hətta Bakıda Nəriman Nərimanov heykəli ətrafında sürüşmə baş verəndə belə fikirlər səslənmişdi ki, bu. Hind okeanında baş vermiş zəlzələnin təsiri nəticəsində olub. Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mütəxəssisi Bəhruz Pənahi deyir ki, Hind okeanındakı sunami ilə Azərbaycandakı geoloji proseslər arasında bağlılıq yoxdur. Onun sözlərinə görə, sunamidən sonra onlar öz cihazları ilə müəyyən tədqiqatlar da aparıblar və Azərbaycandakı geoloji proseslərdə hər hansı dəyişiklik müşahidə etməyiblər.

Bəhruz Pənahi Hind okeanında baş verən zəlzələdən sonra dünyanın bir çox regionlarında, o cümlədən Azərbaycanda seysmik aktivliyin artacağı barədə, hətta 2005-ci ildə Azərbaycanda güclü zəlzələnin baş verməsi mümkünlüyü haqqında fərziyyələrlə razılaşmır. O belə fərziyyələri «avantüra» adlandırıb və əlavə edib ki, müasir elm zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq gücündə deyil.

O ki qaldı Xəzər dənizində Hind okeanındakı sunamiyə oxşar təbii fəlakətlərin baş verə bilməsi haqqında bəzi İran alimlərinə istinadən Azərbaycan mətbuatında yazılanlara, Milli Elmlər Akademiyasının seysmologiya xidmətinin rəhbəri Arif Həsənov deyir ki, Xəzərdə də zəlzələ və bunun nəticəsində dalğaların əmələ gəlməsi mümkündür, amma onun sözlərinə görə, indiyəcən Xəzərdə Hind okeanındakı kimi güclü zəlzələlə olmayıb. Arif Həsənovun bildirdiyinə görə, Xəzərdə baş verə biləcək zəlzələ sahildə maksimum hündürlüyü 2 metr olan dalğa yarada bilər. Çünki güclü sunaminin yaranması üçün Xəzərin ölçüləri kiçikdir. Arif Həsənov deyir ki, Xəzərdə ən güclü zəlzələnin baş verəcəyi halda, məsələn, Bakıda həmin dağla uzaqbaşı dənizkənarı bulvarı aşıb Netçilər prospektinə çıxa bilər. Amma Xəzərdə güclü zəlzələlər baş vermədiyi üçün həmin dalğalar Hind okeanı sahillərində olduğu kimi şəhərin içərilərinə doğru hərəkət edə bilməz, bu halda dəniz dərhal öz məcrasına qayıdacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG