Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:34

«Kampaniyaya başlamaqdan məqsəd dünyanin diqqətini Azərbaycana cəlb etməkdir» bu fikri Beynəlxalq Media İnstitutunun müşaviri Diana Orlova deyir


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Yanvarın 18-dən mərkəzi Vyanada yerləşən Beynəlxalq Media İnstitutu və Jurnalistlər Konfederasiyası Azərbaycanda söz azadlığını müdafiə məqsədilə beynəlxalq kampaniyaya başlayıblar. Kampaniyanın başlanmasına səbəb mütəxəssislərin fikrincə, son bir ildə çap mediasının düşdüyü böhranın dərinləşməsi, vəziyyətin bir az da gərginləşməsidir. Kampaniyanın təşəbbüskarı olan Azərbaycan Jurnalistlər Konfederasiyasının sədri Azər Həsrətin sözlərinə görə, hazırda iki qəzet rəhbərinin «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Ariofğlunun, «Hüriyyət» və «Futbolplyus» qəzetlərinin təsisçisi Vüqar Məmmədovun həbsi, jurnalistlərə qarşı fiziki təzyiqlərin artırılması, bir sıra qəzetlərin hesablarına həbs qoyulması, çətinliklər üzündən bəzi qəzetlərin fəaliyyətini dayandırması və ya məhdudlaşdırması, qəzet yayımına əngəllər yaradılması və sair problemlər belə bir kampaniyanın başlanmasına səbəb olub.



O ki qaldı məqsədə. Mərkəzi Vyanada yerləşən Beynəlxalq Media İnstitutunun mətbuat azadlığı üzrə müşaviri Diana Orlova bizimlə söhbətində bildiridi ki, məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda söz azadlığının vəziyyətinə cəlb etməkdir. «İlkin məqsəd dünya ictimaiyyətinin diqqətini Azərbaycanda mediaya olan təzyiqlərə cəlb etməkdir. Və jurnalistlərin azad mühitdə işləməsinə kömək göstərməkdir».



Azərbaycan rəsmilərinin söz azadlığına məhdudiyyətlər qoyulması, mətbuata təzyiqlərin artırılması haqda deyilənləri təkzib etməsinə gəlincə, Diana Orlova hesab edir ki, bu yöndə kifayət qədər fakt var. Və o bu faktları bir-bir sadalayır: «2003-cü il prezident seçkisindən sonra çoxsaylı jurnalistlərin həbsə atılması, bir çox qəzetlərin çapını saxlaması, eləcə də bir nəşriyyatın enerji probleminə görə fəaliyyətini dayandırması faktdır».



Azərbaycan Jurnalistlər Konfedarasiyasının sədri Azər Həsrət isə bildirir ki, məqsəd qısa vaxt içində problemlərin həllinə çalışmaqdır. Başlıca istiqamətlərdən biri Rauf Arifoğlunun və Vüqar Məmmədovun azadlığa çıxmasına nail olmaqdır. İkinci vacib istiqamət bir sıra qəzetlərin hesablarından həbslərin götürülməsinə, qəzetlərin yayılmasına maneələrin aradan qaldırılmasına səy göstərməkdir.



Azər Həsrət işin uğurla nəticələnəcəyinə əmindir. Çünki bir neçə il əvvəl başqa bir jurnalist Fuad Qhərəmsanlının həbsdən azad olunması yönündə də məhz Beynəlxlaq Media İnstitutu ilə birgə kampaniya aparmışdılar. Və nəticədə iki ay ərzində Fuad Qəhrəmanlı azadlığa buraxılmışdı.



Ekspertlər isə hesab edirlər ki, bu kampaniya dəstəklənməli və alqışlanmalıdır. Nəticəsindən, qarşıya qoyulan məqsədlərin tam və ya natamam reallaşmasından asılı olmadan. Məsələn, Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılı bu təşəbbüsü yüksək qiymətləndirir. Və hesab edir ki, kampaniya düzgün qurularsa, nəticə də müsbət olacaq.



Rəşid Hacılı kampaniyanın uğur qazanacağına həm də ona görə ümid edir ki, bu işə Beynəlxalq Media İnstitututu da qouşulub. Və onun sözlərinə gbörə, Azərbaycan hökuməti yerli təsisatlardan daha çox beynəlxalq qurumların fikirləri ilə razılaşır. Eyni zamanda beynəlxalq qurumlar əlaqələrindən geniş istifadə edərək kampaniyanı daha geniş və uğurlu şəkildə apara bilirlər. O üzdən də Rəşid Hacılı sonuca inanır. Amma sadəcə, atılacaq addımların düzgün hesablanmasının tərəfdarıdır.
XS
SM
MD
LG