Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Cavad xanın məqbərəsinin tikintisi başa çatıb


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Gəncənin mərkəzində, Şah Abbas məscidinin həyətində dəfn edilmiş Cavad xanın qəbri üzərində ağ mərmərdən, qırmızı kərpicdən, gülbaxtadan tikilən məqbərəni artıq ziyarət etmək olar.



19-cu əsrdə Gəncəyə hökmdarlıq etmiş və Rusiya imperiyasının ordusu Gəncəyə hücum edərkən döyüşdə həlak olmuş Cavad xanın məqbərəsinin tikintisi şəhərin imkanlı adamlarının hesabına aparılıb.



Tarixçilər Cavad xanın Gəncəni işğal etmək istəyən Rusiya imperiyasının generalı Sisianova qarşı sərt mövqe tutmasını, şəhəri təslim etməmək üçün son damla qanınadək döyüşməsini yüksək vətənpərvərlik kimi qiymətləndirirlər.



1804-cü ildə Gəncə xanlığına son qoyulandan sonra min ildən çox tarixi olan şəhərində də adı dəyişdirilmiş və rus imperatorunun xanımının şərəfinə Yelizavetpol adlandırılmışdı. Sovet dövründə isə Cavad xanın adı yasaq sayılmış, qəbri şəhərin kənarındakı qəbiristanlığa köçürülmüşdü.



1980-cı illərdə isə Cavad xanın cənazəsi əvvəlki yerinə qaytarılmış, qəbri bərpa olunmuş və ziyarətgaha çevrilmişdi.



Gəncə Elm Mərkəzinin direktoru Fuad Əliyev bildirdi ki, mərkəzdə heykəltaraş Sadıq Sadıqov Cavad xanın büstünü də hazırlayır.
XS
SM
MD
LG