Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Sərhədlərin bağlanmasının Ermənistanda qiymət artımına səbəb olduğu bildirilir


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Ermənistanda son dövrdə ciddi qiymət artımı müşahidə olunur. Bu barədə “Azadlıq” radiosuna Ermənistan İstehlakçılar İttifaqının sədri Armen Poqosyan xəbər verib.



Armen Poqosyanın sözlərinə görə, kommunal və nəqliyyat xidmətlərinin qiyməti 100 faiz artıb. Məsələn, Yerevan şəhərində bələdiyyələrin nəzarətində olan nəqliyyat vasitələrində gediş haqqı 50 dramdan 100 drama qalxıb.



Əsas qida məhsullarının qiymətləri də artmaqdadır.



“Əsasən, qida məhsullarının, məsələn, yumurtanın qiyməti 20 faizə kimi artıb. Benzinin qiyməti bahalaşır, lakin bunu konkret rəqəmlərlə demək çətindir”.



Armen Poqosyanın fikrincə, qiymət artımının səbəbi idxalın bəzi sahələrində olan inhisarçılıq və qeyri-sağlam rəqabətdir.



Ermənistanın energetika nazirinin müavini Ara Simonyan isə qiymət artımını inkar edir.



“Bizdə olan məlumata və müşahidələrimə əsasən deyə bilərəm ki, yeni ildən sonra qiymət dəyişməsi baş verməyib”.



İqtisadi ekspert Vüsal Qasımov isə hesab edir ki, Ermənistanda son hadisələr birbaşa Gürcüstan-Azərbaycan və Gürcüstan-Rusiya sərhəddində yaranmış vəziyyətlə bağlıdır. Rəsmi Yerevanın əsas ticarət əlaqələri məhz Gürcüstan-Rusiya sərhəddi vasitəsilə reallaşdırılır.



Vüsal Qasımovun sözlərinə görə, Azərbaycan—Gürcüstan və Gürcüstan—Rusiya sərhəddinin açılması yaxın vaxtlarda gözlənilmir. Buna görə Ermənistanda qiymət artımı davam edəcək.



Ermənistanın Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin iqtisadçısı Hovsep Xurşudyan isə bunun Azərbaycanın Gürcüstanla sərhəddə neft və digər məhsulları saxlaması ilə bağlı olmadığını deyir.



“Hesab etmirəm ki, qiymət artımı bununla bağlıdır. Cünki nəqliyyatda qiymətlərin artırılması çoxdan planlaşdırılırdı. Sadəcə, qiymət artımı ilin sonuna təsadüf etdi. İçməli su ilə bağlı da vəziyyət eynidir. Bu məhsula qiymət ilin əvvəli və ortasında artıb və bezinlə əlaqəli deyil”.
XS
SM
MD
LG