Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Amerika rus generalının bəyanatına necə reaksiya verir...


Amerika hökuməti Venesuela və Kubadakı hərbi aerodromlardan istifadəylə bağlı Rusiya Hərbi Hava Qüvvələri rəsmisinin bəyanatını şərh etməkdən boyun qaçırıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Mayk Hammer deyib ki, Birləşmiş Ştatlar bunu təhlükə kimi qiymətləndirməyəcək.

Rusiya Uzaq Aviasiya qüvvələrinin baş qərərgah rəisi mayor Anatoliy Jixarev dünən İnterfaks agentliyinə deyib ki,əgər siyasi qərar verilsə Venesuela və

Kubadakı aerodromlardan istifadə oluna bilər və artıq Venesueladan belə bir təklif də alınıb.

Söhbət lazım olanda Rusiyanın strateji bombardmançı təyyarələrinin bu bazalara düşə bilməsindən gedir.

Rusiya 15 illik fasilədən sonra - 2007-ci ildə strateji uçuşları bərpa edib.
XS
SM
MD
LG