Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05
Rubrikalar

Həftənin Qeyd Dəftərində bu həftənin qonağı:<br>Politoloq Rasim Musabəyov


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Yanvarın 17-də Dünya Bankının nümayəndəsi Kristian Pitersonun Azərbaycana səfəri başlanır. Səfərdə məqsəd yoxsulluğun azaldılmasına yardım krediti çərçivəsində Azərbaycan hökuməti ilə müzakirələri davam etdirməkdir. Eləcə də hökumətlə razılaşdırılmış tədbirlərin icrasını qiymətləndirməkdir. Bu haqda məlumatı Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Zaur Rzayev verib. Onun sözlərinə görə, Kristian Pitersonla yanaşı bu qurumun İnfrastruktur və Energetika Departamentinin meneceri Piter Tomsonun da gəlişi planlaşdırılıb. Cənab Tomson hökumətlə kommunal sektorda tarif tənzimlənməsi ilə bağlı proqramın hazırlanması və uyğun agentliyinin yaradılmasını müzakirə edəcək.



Yanvarın 24-də Dünya Bankının daha nüfuzlu nümayəndəsi Avropa və Mərkəzi Asiya regionu üzrə İnfrastruktur və Enerji Departamentinin direktoru Hüseyn Rəzzabi Azərbaycana gələcək. O hökumətin yüksək vəzifəli şəxsləri ilə görüşərək konkret yeni layihələr, əməkdaşlığın potensial istiqamətləri haqda danışıqlar aparacaq.



Dünya Bankının nümayəndələrinin səfəri fevralın 2-dək davam edəcək.
XS
SM
MD
LG