Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Hollandiyalı kinorejissorun çəkdiyi "Qarabağ müharibəsinin itkin düşmüş əsgərləri" adlı sənədli film qalmaqala səbəb olub


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Salam. Efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusda biz bu yaxınlarda Hollandiyada çəkilmiş "Dağlıq Qarabağ müharibəsinin itkin düşmüş əsgərləri" adlı filmin yaratdığı qalmaqaldan danışacayıq.

Bugünkü proqrammızın iştirakçıları:

- Hollandiya – Azərbaycan cəmiyyətinin sədri Sahil Qasımov,

- Avropa-Qafqaz Elm və Mədəniyyət mərkəzinin rəhbəri Gülşən Kazımova,

- Hollandiyalı müstəqil kinokejissor Süzanna Kroqer.



Mən, Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.



Yanvarın 9-u və 11-də Hollandiyanın Amsterdam və Haaqa şəhərlərində müstəqil rejissor Suzanna Kroqerin qeyri-hökumət təşkilatı olan "Kilsələrarası sülh şurası" ilə birgə çəkdiyi "Qarabağ müharibəsinin itkin düşmüş əsgərləri" adlı sənədli film nümayiş etdirilmişdi. Filmin nümayişinə Azərbaycan və Ermənistanın Hollandiyadakı diaspora nümayəndələri, eləcə də Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri dəvət edilmişdi. Filmə baxışda Hollandiya vətəndaşları, Haaqa şəhərində keçirilən nümayişdə isə Amnesty İnternational təşkilatının nümayəndələri də iştirak ediblər.

Hər iki nümayişdə film Azərbaycan diasporasının nümayəndələri tərəfindən etirazla qarşılanmış və qalmaqala səbəb olmuşdu. Bu filmin ermənipərəst olduğunu deyənlər və kəskin etirazını bildirənlər də olub, bəzi məqamlar istisna olmaqla filmi müsbət qarşılayanlar da.

Əvvəlcə gəlin baxaq, Azərbaycan diasporasının etirazına səbəb olan məqamlar nədən ibarətdir.

Azərbaycan-Hollandiya cəmiyyətinin sədri Sahil Qasımov:



Audio

Sahil bəy deyir ki, filmlə bağlı Hollandiyadakı Azərbaycan diaspora təşkilatları etirazlarını bildirdilər.





Hollandiyada Azərbaycan diasporasını təmsil edən başqa təşkilat - Avropa Qafqaz Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Gülşən Kazımova filmdə müəyyən çatışmazlıqların olduğunu desə də, ümumilikdə belə bir filmin çəkilməsini müsbət hal kimi qiymətləndirib.

Audio



Əvvəldə dediyim kimi, filmin nümayişinə Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri də dəvət olunmuşlar. Çünki Hollandiyada Azərbaycan səfirliyi yoxdur, və Brüsseldəki səfirlik Benelüks ölkələrində Azərbaycanı təmsil edir. Belçikadakı səfirliyin birinci katibi Fuad Hümbətov mənimlə söhbətdə bu filmin Azərbaycanın maraqlarına uyğun gəlmədiyini deyib və filmlə bağlı səslənən etirazlara qoşulduğunu söyləyib. Fuad Hümbətov deyib ki, bu barədə səfirliyin rəhbərliyinə məruzə edilib və məqsədəuyğun hesab olunarsa, səfirlik belə bir filmin çəkilməsi ilə bağlı etiraz bəyanatı verə bilər. Bu filmin çəkilməsində iştirak edən qurum qeyri- hökumət təşkilatı olduğu üçün, etiraz tədbirləri müvafiq şəkildə görülməldir. Hazırda səfirlik münaqişə zonalarında işləyən Hollandiyadakı qurumlarla iş aparır. Bu, Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Fuad Hümbətovun fikirləridir.

Indi isə film barədə rəylərə ara verib, filmin yaradıcısı Süzanna Kroqerlə söhbətə qulaq asaq. Xanım Kroqerə verdiyim ilk sual belə olub - "Dağlıq Qarabağın itkin düşmüş əsgərləri" adlı filmi yaratmaqda sizin məqsədiniz nə olub və belə film yaratmaq ideyasına siz necə gəldiniz ?"



- Mən bu filmi Hollandiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan "Kilsələrarası sülh şurası " ilə birgə yaratmışam. Bu təşkilat bir neçə il Qafqazda işləyir və itkin düşmüş əsgərlərin məsələsi ilə məşquldur.

Və biz birlikdə belə bir sənədli film
XS
SM
MD
LG