Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

FIFA prezidenti Azərbaycan futbolunda baş verən dəyişiklikləri yüksək qiymətləndirir


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub “Mən Azərbaycan futbolunda baş verən müsbət dəyişiklikləri yüksək

qiymətləndirirəm”.



Bunu FIFA prezidenti Yozef Blatter Moskvanın “Metropol” otelində AFFA prezidenti Ramiz Mirzəyevlə görüşdən sonra KİV nümayəndələrinə verdiyi açıqlamasında bildirdi.



“Şəfa” stadionunun açılışı ilə bağlı Azərbaycana səfəri zamanı prezident İlham Əliyevin onu şöhrət ordeni ilə təltif etməsini xatırladan və bunu yüksək qiymətləndirən cənab Blatter onu da qeyd etdi ki, Azərbaycan futbolu beynəlxalq təcrübədən istifadə etməklə və əcnəbi mütəxəssisləri cəlb etməklə yüksək nailiyyətlər qazana bilər.



Öz növbəsində cənab Mirzəyev radiomuza müsahibəsində Azərbaycan futbolunda ötən il ərzində müşahidə olunan inkişafı ölkədəki siyasi

sabitlik və iqtisadi tərəqqi ilə bağlayaraq bildirdi ki, FIFA Azərbaycan futbolunun inkişafına bir milyon dollar maliyyə vəsaiti ayırıb. O, həmçinin Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafına da xüsusi önəm verildiyini qeyd etdi.



Azərbaycan futbolunun hazırkı vəziyyətinin nə səviyyədə, MDB və Avropa futbolu ilə müqayisədə hansı mərhələdə olduğu barədə

sualımızı cavablandıran FIFA-nın vitse-prezidenti Mişel Platini dedi

ki, “Azərbaycan futbolundan birmənalı heç bir şey demək olmaz. Əlbəttə ki, inkişaf var, bu göz qabağındadır. Bir niçə il əvvəl

Fransaya 11-0 hesabı ilə uduzan Azərbaycan yığması sonralar

Portuqaliya ilə 1-1, İngiltərə yığmasına isə 1-0 hesabı ilə uduzub”.



Yeri gəlmişkən, bu gün Bakının “Neftçi” komandası Moskvada MDB Kuboku çərçivəsində Moldovanın “Şerif” komandasını 1-0 hesabı ilə məğlub edib. Qolu oyunun təxminən 75 dəqiqəsində “Neftçi”nin forvardı Qeorgi Adamiya vurub.
XS
SM
MD
LG