Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Hökumət enerjinin məhdudiyyətlə verilməsi ilə bağlı sənəd hazırlayır


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Bundan sonra bölgələrə enerjinin məhudiyyətlə verilməsi haqda qərarı “Barmek” və ya “Bayva” elektrik şirkətləri yox, Azərbaycan hökuməti özü müəyyənləşdirəcək.



Bu açıqlamanı sənaye və energetika naziri Məcid Kərimov yerli telekanallara müsahibəsində verib. Onun sözlərinə görə, nazirlik bununla bağlı sənəd üzərində işləyir. Və artıq bəzi bölgələr üzrə limit də müəyyən olunub.



“Barmek Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə hələlik nazirliyin bu addımından xəbərsiz olduqlarını bildirir. Amma belə bir təklifi qəbul edəcəklərini də deyir.



Tanrıverdi Mustafayev əlavə edir ki, “Barmek Azərbaycan” şirkəti üçillik fəaliyyət zamanı məhdudiyyət haqda düşünməyib. Sadəcə, tələbat artıq olan yerlərdə yüklənmə normanı keçdiyi üçün fasilələr yaranıb. Və bu da təbiidir.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev isə hökumətin atacağı addımı anormal sayır. Onun fikrincə, onsuz da son illər Azərbaycanın bəzi bölgələrinə enerji məhdudiyyətlərlə verilib. Əslində, indi nazir bu məhudiyyətləri tətbiq etmək yox, mövcud məhdudiyyətlərin aradan qaldırılması yönündə addımlar atmalıdır.



Azər Mehtiyevə görə, hökumətin növbəti addımı əhalinin yalnız sosial durumuna deyil, həm də iqtisadi inkişafına ciddi təsir göstərəcək.



Sənaye və energetika naziri Məcid Kərimov bunu da bildirib ki, hökumət enerji daşıyıcılarının dünya standartlarına uyğunlaşdırılması üzərində də düşünür.
XS
SM
MD
LG