Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Parlament seçkiləri-Müxalifət bu dəfə birləşə biləcəkmi?<br>Parlament seçkilərinə Xalq Cəbhəsi, Müsavat, Demokrat partiyaları birlikdə gedir…<br>Müxalifəti birləşdirən nədir?


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Azərbaycanda »Yeni TV və radio yayımı» ictimai qurumu təsis edilib.



Nizamnaməyə görə, bu, televiziya və radio yayımlar üçün qəbul edilmiş ümumi prinsiplər əsasında işləyəcək, obyektiv, balanslı və tərəfsiz xəbərlər yayımlayacaq KİV olmadılır.



“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, »Zerkalo»nun baş redaktoru Elçin Şıxlı, Media Hüquqları İnstitutunun direktoru Rəşad Hacılı, Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazov və Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri İradə Bağırovanın adı təsisçilər sırasındadır.



“Azərbaycanda televiziya və radio yayımı ilə bağlı problemlər var”- deyən Rəşad Hacılı bildirir ki, bu problemi aradan qaldırmaq məqsədilə sözügedən qurum təsis edilib.



“Bu televiziya vasitəsilə cəmiyyətin maarifləndirilməsi istiqamətində iş aparmaq əsas məqsədlərdən biridir”-deyən Rəşad Hacılı onu da əlavə etdi ki, yaxın vaxtlarda televiziyanın qeydiyyat və tezlik məsələsi yoluna qoyulsa, texniki və yaradıcı heyətin toplanmasına başlanacaq.



Təsisçilərdən biri olan Rəşad Hacılı deyir ki, bu prosesi yay aylarına qədər yekunlaşdırmağı planlaşdırırlar. Qaldı maliyyə məsələlərinə, bu barədə Rəşad Hacılı belə dedi:



“Televiziya və radio ictimai əsaslarla işə başlayacaq, ona görə də ilkin mərhələdə fəaliyyətini yardımlar, ianələr, qrantlar vasitəsilə quracaq. Tam işə düşəndən sonra isə öz gəlirləri hesabına maliyyələşmək nəzərdə tutulur”.
XS
SM
MD
LG