Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Gəncə-Şəmkir avtomobil yolunun təmiri başa çatıb


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Bakıdan Gürcüstan sərhəddinə qədər olan 508 km-lik “İpək yolu” layihəsi çərçivəsində Gəncə-Şəmkir avtomobil yolunun təmiri artıq başa çatıb.



21.3 km-lik yolun beynəlxalq standartlara cavab verməsi ücün burada yolun genişləndirilməsi və asfalt örtüyünün dəyişdirilməsi işləri aparılıb. Bunun ücün 6 milyon 600 min ABŞ dolları məbləğində vəsait xərclənib.



Gəncə-Qazax magistral yolunun yenidən qurulmasını Dünya Bankı maliyyələşlirir.



Nəqliyyat Nazirliyinin məbuat xidmətinin rəhbəri Namiq Həsənlinin dediyinə görə, “İpək yolu” layihəsi çərçivəsində 47 km-lik Bakı-Ələt magistral yolunun təmirinin də bu il başa çatdırılması nəzərdə tutulub.



Bundan başqa, Rusiya sərhəddinə qədər Bakı-Quba avtomobil yolunun yenidən qurulması məqsədilə 280 milyon dollar vəsait ayrılması planlaşdırılır. Hazırda bu yolun təmir olunması ücün Çexiya şirkətiylə danışıqlar aparılır.



Küveyt Fondundan alınan 30 milyon dollarlıq kredit hesabına 21 km-lik Bakı dairəvi yolu təmir olunur. Bu işlər başa çatandan sonra paytaxtda tıxaclar azalacaq. Belə ki, yük maşınları daha şəhərə girməyəcəklər.



Nəqliyyat Nazirliyi 163 km-lik Bakı-Şamaxı-İsmayıllı magistral yolunun da təmiri ücün podratçı şirkət axtarır. Bu layihəyə isə 270 milyard manat vəsait ayrılması nəzərdə tutulur.



Hesablamalara görə, 1 km-lik avtomobil yolunu beynəlxalq standartlara uyğun təmir etmək ücün 1 milyon dollar vəsait tələb olunur.
XS
SM
MD
LG