Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr gərgin keçir”


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub “Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr davamlı olaraq baş tutsa da, çoxlu sayda ziddiyyətlər var. Vəziyyət gəgindir. Yerli qəzetlər yazırlar ki, münaqişə tərəfləri yenidən Ki-Uestdə səslənən təkliflər ətrafında müzakirələri davam etdirirlər. Bu, belə deyil.



Media nümayəndələrinin diqqətinə çatdırmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik, həm də ciddi təkliflər əks olunan yazılara ehtiyac duyuruq. Münaqişənin həllində medianın rəsmi dairələrə çox böyük köməyi olardı”.



Bunu xarici işlər nazirinin müavini Araz Əzimov yanvarın 13-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Praqa görüşüylə bağlı keçirdiyi mətbuat konfransında deyib.



“Mən hələlik deməzdim ki, hansısa bir konkret nəticə əldə olunub. Optimist olmasam da, bu müzakirələrin konkret nəticə verəcəyinə ümid edirəm. Ona görə ki, qarşı tərəfin görüşlərin davam etdirilməsinə marağı artıb”.



Araz Əzimovun sözlərinə görə, tərəflər razılığa gəliblər ki, mətbuata müzakirə olunan məsələlərin detalları barədə yox, ümumi məlumatlar versinlər. Keçirilən görüşlər vacib olduğu qədər də həssasdır.



Araz Əzimov deyir ki, Azərbaycan yenə də münaqişənin beynəlxalq hüquq normaları və sülh yolu ilə həll olunması barədə mövqeyində israr edir.



Nazir müavininin fikrincə, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunsa da, bu, münaqişənin tam həlli demək deyil. Qarşıda bir neçə ciddi məsələ durur: Ermənistan-Azərbaycan əlaqələrini əvvəlki vəziyyətə gətirib daha da yaxşılaşdırmaq, həmçinin Dağlıq Qarabağ ərazisində erməniləri yerləşdirmək və lazım gələrsə, əvvəllər olduğu kimi onların azərbaycanlılarla bir yerdə yaşamalarına təminat vermək.



Nazir müavini qeyd edir ki, bu məsələləri yoluna qoymağın variatları hələ tapılmayıb.



Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü də nəzərdə tutulur. Araz Əzimov bunun fevralın axırı olacağını söyləsə də, görüşün baş tutacağı konkret günün və yerin hələ dəqiqləşdirilmədiyini bildirdi. Amma bundan qabaq dəfələrlə müzakirə olunan faktaraşdırıcı missiyanın həm Ermənistana, həm də Azərbaycana səfərləri olacaq. Həmin missiya və ATƏT-in Minsk qrupu həmsədrləri bu məqsədlə yanvarın 28-də Bakıya gələcəklər.



Araz Əzimov hesab edir ki, görüşün konkret günü missiya işini başa vurandan sonra müəyyənləşəcək.
XS
SM
MD
LG